Neft bazarları OPEC+un kritik qərarını gözləyir
OPEC+ koalisiyasının neft hasilatında ciddi ixtisara hazırlaşdığı xəbəri ilə həftənin ilk ticarət günündə neft kəskin bahalaşıb. Bu gün neft bazarlarında "ehtiyatlı"qiymətlər müşahidə olunur.
Neft bazarları OPEC+ koalisiyasının çərşənbə günü keçiriləcək iclasına fokuslanıb.Həftənin ikinci günü qiymətlər çox dəyişməyib.
Marja xəbər verir ki, ABŞ xam nefti 83 dolların, Brent nefti isə 89 dolların üzərindədir (Bakı vaxtı ilə saat 09:30-a olan məlumat). Bazar ertəsi xam neft qiymətləri 5%-dən çox bahalaşıb.
Neft hasilatının səviyyəsi ilə bağlı qərarını vermək üçün çərşənbə günü (5 oktyabrda) iclas keçirəcək OPEC+, neft hasilatını bazar proqnozlarından daha çox azaltmağa hazırlaşır. Bloomberg-ə danışan nümayəndələrə görə, OPEC+ gündəlik neft hasilatını 1 milyon bareldən çox azalda bilər.
Neft qiymətləri son vaxtlar artan qlobal tənəzzül ehtimalları fonunda düşüb və bu, hasilatın daha çox azaldılması çağırışlarına səbəb olub.
Nümayəndələrin söylədiyi 1 milyon rəqəmi reallaşarsa, bu, pandemiyadan bəri istehsalın ən böyük azaldılması olacaq.
Rusiyanın Ukraynaya hücumundan sonra Brent markalı neftin qiyməti 125 dolları keçmiş, lakin artan inflyasiyaya qarşı mərkəzi bankların faiz artırmalarının iqtisadiyyatları böhrana sürükləyəcəyi gözləntiləri neft qiymətlərinin aşağı düşməsinə səbəb olub.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
6 saat əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
6 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
7 saat əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
