Dünyanın ən böyük rüsumsuz mağazası açılacaq
Dünyanın ən böyük rüsumsuz mağazası (duty free) bu il oktyabrın 28-də Çinin Haykou şəhərində (Haynan əyalətinin cənubu) açılacaq.
Marja xəbər verir ki, bu barədə yerli “Hainan Daily ” qəzeti yazır .
280.000 kvadratmetrlik mağazanın özü nəhəng kompleksin bir hissəsidir. Burada, o cümlədən, mehmanxana, ofis sahəsi və ümumi malların satıldığı digər mağazalar yerləşəcək. Qəzet yazır ki, bu günə kimi 800-dən çox Çin və xarici brend öz məhsullarını bu rüsumsuz mağazada yerləşdirməyə hazırdır.
Hainan səlahiyyətliləri 2011-ci ildə inkişaf etmiş rüsumsuz şəbəkə yaratmaq üçün pilot proqrama başlamışdır. Hazırda adada Haykou şəhərinin əyalət paytaxtında, Sanya kurortunda, həmçinin Haynan əyalətinin şimal-şərqindəki Qionghai rayonunun Boao sahil qəsəbəsində yerləşən doqquz rüsumsuz mağaza fəaliyyət göstərir.
2020-ci il iyulun 1-dən etibarən əyalət səlahiyyətliləri əyalətdəki rüsumsuz mağazalarda alış-veriş üçün adambaşı kvotanı 30.000 yuana (4.200 dollardan 14.200 dollara) yüksəldib. Rüsumsuz malların siyahısı 38-dən 45-ə qədər genişləndirilib. Keçən il fevralın 2-dən Hainan da adadan çıxan alıcılara poçtla rüsumsuz çatdırılma xidmətini işə salıb.
2021-ci ildə Haynanda rüsumsuz mağaza satışları illik müqayisədə 84% artaraq 60 milyard yuanı (təxminən 8,5 milyard dollar) keçib. Bu il adanın səlahiyyətliləri bu rəqəmin 100 milyard yuana (14,2 milyard dollar) çatacağını gözləyirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)









.jpg)






