Türkiyədə “mətbəx inflyasiyası” rekord səviyyəyə yüksəlib
"Türk-İş"in araşdırmasının 2022-ci ilin Sentyabr ayı nəticələrinə görə, 4 nəfərlik bir ailənin aylıq yemək xərci, yəni aclıq həddi 7 min 245 lirəyə, yoxsulluq həddi isə 23 min 599 lirəyə yüksəlib. Ərzaq inflyasiyası aylıq 5,15 faizi, son 12 ay üzrə isə 130 faizi ötüb.
"Türk-İş"in Sentyabr ayı "Aclıq və Yoxsulluq Həddi" araşdırmasına görə, aclıq həddi 7 min 245 lirə olaraq hesablanıb. Aclıq həddinin minimum əmək haqqından 1745 türk lirəsi (TL ) yüksək olduğu halda, 4 nəfərlik ailə üçün yoxsulluq həddi 24 min 600 TL olaraq hesablanıb.
Marja hesabata istinadən xəbər verir ki, türkiyədə mətbəx inflyasiyası son ayda 5,15 faiz, son 12 ayda 130 faiz təşkil edib.
Tək bir işçinin aylıq yaşayış xərcinin 9 min 470 lirəyə çatdığının qeyd edildiyi hesabata görə, sabit gəliri olanlar balanslı və sağlam qidalanmadan belə məhrumdurlar. Türkiyədə bütün malların və xidmətlərin qiymətləri kəskin artıb.
Məlumata görə, Ankarada minimum əməkhaqqı alan tək işçi aylıq dolanışıq xərclərini qarşılamaq üçün əlavə 3 min 970 lirə tapmalıdır.
Hesabatda, "Dörd nəfərdən ibarət bir ailənin sağlam, balanslı və adekvat qidalanması üçün aylıq yemək xərci (aclıq həddi) 7 min 245 lirəyə, qida və geyim xərcləri, mənzil (kirayə, elektrik, su, yanacaq), nəqliyyat, təhsil , səhiyyə və buna bənzər digər xərclər daxil cəmi xərc məbləği (yoxsulluq həddi) 23 min 599 min lirəyə, tək bir işçinin yaşayış xərci isə ayda 9 min 469 lirəyə yüksəlib",- deyilir.
Türk-İş məlumatlarına əsasən, 2022-ci ilin sentyabr ayında “mətbəx inflyasiyası” 5,15%, son 12 ayda 130,01 faiz (qiymətlər 130% artıb) olaraq hesablanıb.
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“McDonald’s Azərbaycan” ət tədarükçüsü olan “Azprotein Foods Group”un istehsalat müəssisəsinə media tur təşkil edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
9 d. əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
-
- 13 d. əvvəl
- 31 d. əvvəl
-
35 d. əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazlar ticarətə buraxılır - HƏRRAC TARİXİ
-
1 saat əvvəl
"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Bank sektorunda çalışanların sayı artmaqda davam edir

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
Ən çox oxunanlar

Sentyabrın 30-da gözlənilən hava şəraiti

Avtobuslarda gediş haqqı məsafədən asılı olaraq dəyişəcək - QİYMƏT AZI 60 QƏPİK OLACAQ
