Məhsulların keyfiyyətinə necə əmin ola bilərik? – Anar Cümşüdovla MÜSAHİBƏ
“Məhsulun keyfiyyətindən əmin olmaq üçün təkcə ötən ildə laborator yoxlanışlara 450 min manata yaxın məbləğ sərf etmişik”.Bazarlıq edərkən şübhəsiz ki, hər bir insanı həm qiymət, həm də keyfiyyət maraqlandırır. Xüsusilə də ərzaq alarkən keyfiyyət məsələsi ön plana çıxır. Bəs bu məhsulların keyfiyyətli olub-olmadığına necə əmin ola bilərik? Həqiqətən də qiymət keyfiyyətlə düz mütənasibdirmi?
Veysəloğlu Şirkətlər Qrupunun Biznesə Dəstək direktoru və keyfiyyətə nəzarət sahəsində böyük təcrübəyə malik Anar Cümşüdov maraqlı məqamlardan danışıb.
-Anar bəy, marketdən məhsul alarkən onun keyfiyyətinə necə əmin ola bilərik? Bu məhsulların keyfiyyətini yoxlamaq mümkündürmü?
-İlk növbədə yeni insanla tanış olanda nəyə fikir veririk? Onun xarici görünüşünə. Yemək haqqında da təxminən eyni şəkildə təəssürat yaranır. Məhsulun xarici görünüşü deyəndə, nəyi nəzərdə tuturam? Məhsulun qablaşdırma və ya paketləmə formasına, etiket məlumatlarına, temperatur rejimi və saxlanma şəraitinə əməl olunmasına nəzər yetirməklə onun keyfiyyəti haqqında məlumat əldə etmək olar. Ümumi qayda belədir ki, xarici görünüşdə gözəçarpan nöqsan görünmürsə və məhsulun istifadə tarixi bitməyibsə, 99% əmin ola bilərik ki, burada keyfiyyət təmin olunub. Bundan başqa, mağazalarımızda satılan məhsullar Azərbaycan Dövlət Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qoyulan tələblərə cavab verir.
-Siz çalışdığınız şirkət üçün bu məsələ nə qədər vacibdir?
Əlbəttə, hər bir biznes gəlir üçün çalışır. Amma biz həm də müştərilərimiz qarşısında məsuliyyət daşıyırıq. Bundan əlavə, ölkənin ərzaq təhlükəsizliyi kimi vacib missiyada bizim də rolumuz var. Bu məsuliyyəti anlayaraq, şirkətimizdə xüsusi Keyfiyyətə Nəzarət komandası yaratdıq. Baxın, biz hamımız insanıq və valideynik. Buna görə də bizim üçün əsas ölçü meyarı sadədir: evdə, ailə üzvlərimizə və uşaqlarımıza yedirtmədiyimiz məhsulu satmırıq.
-Yeri gəlmişkən, çalışdığınız şirkətə aid marketlərdə keyfiyyət necə təmin olunur?
-Biz yalnız pərakəndə yox, tədarük zəncirinin bütün halqalarını anlayırıq. Bu isə o deməkdir ki, biz istehsaldan satışa kimi bütün prosesə nəzarət edə bilirik. Nəinki Qrup səviyyəsində, hər bir market şəbəkəsində Keyfiyyətə Nəzarət komandası var və burada çalışan insanlar gördükləri işin vacibliyini gözəl anlayırlar.
-Keyfiyyətə nəzarət olunduğunu dediniz. Bəs bu prinsiplər real olaraq necə tətbiq olunur?
-Burada çox texniki məqamlara varmaq istəməzdim. Amma sadə dillə desək, mağazalarımıza daxil olan hər bir məhsul laboratoriyada yoxlanılmış və dövlət standartlarına cavab verən məhsuldur. Nümunə kimi deyə bilərəm ki, alıcılarımızın keyfiyyətli qida ilə təminatı üçün təkcə ötən ildə Veysəloğlu Şirkətlər Qrupu üzrə laborator xərclər 450 min manata yaxın olub.
-Keyfiyyətə nəzarət komandanızın peşəkar inkişafı necə təşkil olunur?
-Keyfiyyətə nəzarət bir komanda işidir və hər birimiz bu istiqamətdə fasiləsiz olaraq çalışırıq. İşlərimizin çoxluğuna baxmayaraq, biliklərimizi artırmaq üçün də vaxt ayırırıq. Hazırda komandamız qida təhlükəsizliyi sahəsindəki təlim və maarifləndirici tədbirlərdə iştirak edir. Belə tədbirlərin əksəriyyəti Azərbaycan Dövlət Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil edilir. Bu konfranslarda iştirak bizə nə verir? Qida təhlükəsizliyi sahəsində yeniliklər, qabaqcıl təcrübələr, qanunvericilik, istehsaldan istehlaka qədər bütün halqalarda prosesin təşkilinə dair biliklərimizi dərinləşdirmiş oluruq.
-Məhsulun qiymətinin ucuz olması bəzən şübhə yarada bilir. Xalqımızın belə bir atalar sözü var: “Ucuz ətin şorbası olmaz”. Həqiqətən qiymət keyfiyyətlə düz mütənasibdirmi?
-Ümumiyyətlə, “Nə qədər bahalıdırsa, o qədər yaxşıdır” prinsipi ilə məhsul seçmək heç də hər zaman özünü doğrultmur. Məhsulun satış qiymətinə tələb-təklif nisbəti, geosiyasi hadisələr, sosial iğtişaşlar, iqlim və təbii hadisələr, yeni bazarların yaranması və digər amillər təsir göstərir. Elə bu səbəblərdəndir ki, bəzən keyfiyyətdə çox fərq olmadığı halda qiymətlər arasında ciddi fərqlər mövcud olur.
Şirkətlər Qrupumuza aid marketlərdə müştərilərin keyfiyyətli məhsulu münasib qiymətə əldə edə bilməyi üçün “Özəl marka” layihəsini yaratdıq. Burada istehsalçının marketinq xərclərinin yüksək olmaması, həmçinin məhsulun yerli istehsal olması, yəni daşınma xərclərinin az olması sayəsində qiymətin əlçatan olmasına nail olmaq mümkündür.

-Yerli və xarici məhsulların keyfiyyəti ilə bağlı yanaşmalardan danışaq.
-Bəzən alıcılar məhsul seçimi zamanı xaricdən idxal edilən məhsullara üstünlük verirlər. Bunu, adətən, xarici ölkələrdəki yüksək keyfiyyət standartları ilə əlaqələndirirlər. Mən özüm bu fikirlə o qədər də razı deyiləm. Yerli məhsulun əsas üstünlüyü ondan ibarətdir ki, bu məhsulu “birinci əl”dən almaq mümkün olur. Bu da məhsulların təravətli şəkildə müştərilərimizə çatdırılmasına imkan yaradır. Biz mağazalarımızda satılan istər xarici, istərsə də yerli məhsulların keyfiyyətinə görə məsuliyyət daşıyırıq.
-Marketlərdə açıq məhsullara əl ilə toxunmaq olarmı? Olarsa, burada hansı risklər var?
-Ümumiyyətlə, açıq məhsullara toxunmağın olduqca ciddi riskləri var. Məsələn, çiy ət və ət məhsullarına və yuyulmamış meyvə-tərəvəzlərə toxunarıqsa, mikrob təhlükəsi yaranar və bizim xəstəliklərə yoluxmağımıza səbəb ola bilər. Ona görə də açıq məhsulların seçimi zamanı mağaza heyətinə müraciət olunmasını tövsiyə edirəm. Çünki satıcılarımız vaxtaşırı olaraq, tibbi müayinələrdən keçir və gigiyenik vasitələrdən istifadə edirlər.
-Bəs müştərilər bilməyərəkdən məhsula keyfiyyətlə bağlı zərər vura bilərlərmi?
-Bəli, çox zaman müştərilər alış-veriş zamanı istəmədən məhsulları zədələyirlər. Bəzən meyvə-tərəvəz məhsullarının seçimi zamanı çeşidlərin sərtliyini və ya yumşaqlığını yoxlamaq üçün onlara toxunur və bununla da məhsulları bilmədən əzir, yaxud üzərində dırnaq izləri buraxırlar. Bu zaman məhsul zədə aldığı yerdən xarab olmağa və ya zahiri görünüşünü itirməyə başlayır. Bütün hallarda zədə almış məhsulları dərhal vitrindən kənarlaşdırırıq.
-Son zamanlar qida təhlükəsizliyi sahəsində “soyuq zəncir” anlayışından çox istifadə edilir, bu ifadə tam olaraq nə mənaya gəlir?
-Qida təhlükəsizliyi qaydalarına görə, soyuq yerdə saxlanılmalı olan qidanın istehsalından başlayaraq daşınması, saxlanması və satışına kimi bütün mərhələlərində mütləq əməl edilməli olan proses “soyuq zəncir” adlanır. Bizim prioritetlərimizdən biri də soyuq zəncirin effektiv idarə olunmasıdır. Əslində bu, keyfiyyəti təmin etmək üçün yeganə yoldur.
Ümumiyyətlə, biz satdığımız məhsulların keyfiyyəti ilə bağlı daima düşünürük. Burada vacib olan odur ki, tədarük zənciri, yəni məhsulların daşınması və saxlanılması prosesi düzgün qurulsun. Mağazalarımızda məhsulların hər zaman təzə və keyfiyyətli olması məqsədilə logistik mərkəzimizin imkanlarını genişləndirmək üçün öz soyuq anbarımızı yaratmaq qərarına gəlmişik. 28 milyondan çox vəsait yatırılması nəzərdə tutulan logistik mərkəzin bu ilin sonuna kimi istifadəyə verilməsi planlaşdırılır.
-Soyuq zəncirdən danışmışkən, bir sual da verim. Marketlərdə süd və digər məhsulların saxlanıldığı soyuducunun çalışdığından əmin ola bilərikmi?
-Əlbəttə. Məlumat üçün deyim ki, mağazalarda soyuducunun ekranında faktiki temperatur göstəricisi əks olunur. Əgər bu rəqəm görünmürsə, o deməkdir ki, bu cihaz işlək deyil və ya nasazlığı var. Əlavə olaraq, market heyəti tərəfindən soyuducuların temperatur göstəriciləri gün ərzində müəyyən olunmuş saatlarda yoxlanılır və xüsusi cədvəl üzərində qeyd olunur. Həmin cədvəl müştərilər üçün görünən yerdən asılır.

-İşdir, marketdə keyfiyyətsiz məhsulla rastlaşarıqsa, nə etməliyik?
-Bu kimi hallarda mağazanın şəxsi heyətinə məlumat verməyinizi xahiş edirəm. Uyğunsuzluq market daxilində alış-veriş zamanı müəyyən edilməyibsə, başqa sözlə, sonradan aşkarlanıbsa, o zaman qaynar xətt vasitəsilə müraciət edə bilərsiniz (“Araz” supermarketlər şəbəkəsi: (012) 924; “OBA” marketlər şəbəkəsi: *2016). Hətta market şəbəkələrində daxili radio vasitəsilə bununla bağlı maarifləndirici mesajlar səsləndirilir.
Şirkətlər Qrupumuza ünvanlanan müştəri müraciətləri əsasında şikayət edilən məhsulun keyfiyyət göstəriciləri yenidən araşdırılır, problemin haradan qaynaqlandığı müəyyən edilir və gələcəkdə bu kimi halların yaranmaması üçün önləyici tədbirlər görülür. Bununla da çalışırıq ki, müştəri məmnuniyyətinə nail olaq.
-Məhsulların keyfiyyəti barədə istehlakçıların maarifləndirilməsi işi necə aparılır?
-Qida məhsullarının alış-verişi zamanı müştərilərdə çox zaman onların keyfiyyəti ilə bağlı suallar yaranır. Biz sosial şəbəkələr vasitəsilə alıcılarımızı məhsul keyfiyyəti ilə bağlı məlumatlandırır, onları alış-veriş zamanı daha diqqətli olmağa çağırırıq.
Veysəloğlu Şirkətlər Qrupu bu və digər mövzularda cəmiyyətimizi və ekspert icmasını maarifləndirmək məqsədilə yeni layihəyə başlayıb. Hər həftənin çərşənbə axşamı saat 18:05-də “ASAN Radio”da yayımlanan “Yaxşı ki, dedin” verilişində qida keyfiyyəti, tədarük zənciri, müştəri hüquqları, sağlam həyat tərzi və digər mövzulara toxunuruq. Əsas hədəfimiz ədalətli ticarət və müştərilərimizin razı qalmasıdır.
Ümumiyyətlə, pərakəndə biznesində belə bir anlayış var ki, alıcının məmnuniyyətinə nail ola biliriksə, demək ki, keyfiyyət ilə bağlı hər şey qaydasındadır.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
4 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 5 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var

















