İstanbulda gəmi kanalının tikintisi 20 milyard dollara başa gələcək
İstanbulda gəmi kanalının tikintisi Türkiyəyə ilkin planlaşdırılan qiymətdən 5 milyard dollar baha - 20 milyard dollara başa gələcək.
Marja xəbər verir ki, bunu bazar günü Türkiyənin Nəqliyyat naziri Adil Karaismailoğlu “Sabah” qəzetinə müsahibəsində bildirib.
"Kanalın dəyəri ilkin hesablamalardan yüksək oldu. Biz tikintini 15 milyard dollar hesablamışıq, 20 milyard dollara başa gələcək", - deyə nazir bildirib və əlavə edib ki, Türkiyə hakimiyyəti layihəni büdcədənkənar mənbələr hesabına həyata keçirmək istəyir. .
"Dünyanın ən mühüm layihələrindən biri gec-tez həyata keçiriləcək. Bu, zərurətdir", - Türkiyənin Nəqliyyat Nazirliyinin rəhbəri bildirib.
Onun sözlərinə görə, kanalın tikintisi Bosforda nəqliyyat yükünü xeyli azaldacaq. "Hazırda ildə 40 min gəmi Bosfor boğazından keçir. Əgər sabah bu rəqəm 60-70 minə çatarsa, onların Bosfordan keçməsi qeyri-mümkün olacaq", - nazir vurğulayıb.
İstanbul kanalının tikintisi layihəsini Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan 2011-ci ildə baş nazir olarkən bəyan edib. Türkiyə hakimiyyətinin proqnozlarına görə, 45 kilometrlik süni kanalın ötürücülük qabiliyyəti sutkada 160 gəmi təşkil edəcək. Kanalın illik gəlirinin əsasən gəmi tranzit haqları hesabına təxminən 8 milyard dollar olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
17 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























