“PAŞA Bank” sahibkarlığın inkişafına dəstək verəcək növbəti məhsulu istifadəyə verib
®️ Ölkənin aparıcı korporativ maliyyə institutu və real sektorun aparıcı qüvvəsi olan “PAŞA Bank” tərəfindən Azərbaycanda sahibkarlığın inkişafına dəstək göstərəcək növbəti məhsul istifadəyə verilib.
Belə ki, Bank, daşınmaz əmlakın lizinqini yerli bazara təqdim edib.
Bu məhsul fərdi sahibkarlar və hüquqi şəxslərə ofis, ticarət, istehsal obyektləri, eləcə də kommersiya təyinatlı digər daşınmaz əmlak və qeyri-yaşayış sahələri almağa xidmət edir. Lizinq şərtləri ilə maksimal 10 milyon manatadək dəyəri olan daşınmaz əmlakı əldə etmək mümkündür. Lizinq üçün ayrılmış maksimal müddət 120 ay təşkil edir.
“Daşınmaz əmlakın lizinqi biznes sahibləri üçün geniş imkanlar vəd edən sahələrdəndir. Mövcud təcrübəmiz, o cümlədən maliyyə bazarının dərin təhlilinə əsaslanan biliyimiz, bu istiqamətdə də müştərilərin bələdçisinə və tərəfdaşına çevrilməyimizə kömək edəcək. Bu sahədə böyükmiqyaslı sövdələşmələrə imza atmaq üçün bütün imkanlara malikik”, - deyə “PAŞA Bank”ın Korporativ və institusional bankçılıq departamentinin kreditləşmə üzrə sahə rəhbəri Ceyhun Baloğlanov xidmət haqqında fikirlərini bölüşüb.
Xatırladaq ki, “PAŞA Bank” sahibkarlıq subyektlərinə dəstək göstərmək və ümumilikdə biznes proseslərini daha da optimallaşdırmaq üçün bir sıra xidmət və məhsullar istifadəyə verib. Bununla da, sahibkarlara zamanlarına qənaət etməkdə və bütün diqqəti bizneslərinin inkişafına yönəltməkdə yardımçı olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
17 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















