KPMG-nin Frankfurt ofislərinə basqın
Beynəlxalq audit, vergi və məsləhət xidmətləri təminatçısı olan KPMG-nin Frankfurt ofisləri Almaniya tarixində ən böyük vergi fırıldaqçılığı skandalı kimi tanınan Cum-Ex təhqiqatının bir hissəsi olaraq axtarılıb.Köln Prokurorluğunun apardığı Cum-Ex qalmaqalı araşdırması çərçivəsində aralarında prokurorlar, vergi müfəttişləri və polisin də olduğu 60 məmur KPMG-nin Frankfurtdakı ofislərində axtarış aparıb.
Avqustun 31-də baş ofisi Nyu-Yorkda yerləşən Amerika investisiya bankı JPMorgan Chase & Co-nun Frankfurt ofislərində axtarış aparılımışdı.
Səlahiyyətlilər əvvəllər şirkətdə hüquqşünas və vergi məsləhətçisi işləmiş 5 nəfərin evində axtarış aparıblar.
KPMG isə axtarışla bağlı Almaniya səlahiyyətliləri ilə əməkdaşlıq etdiklərini bildirib.
Almaniyada "tarixin ən böyük vergi fırıldaqçılığı qalmaqalı" olaraq adlandırılan Cum-ex istintaqında, başda bankirlər olmaqla varlı investorların və hüquqşünasların sistemli şəkildə dövlətdən ödəmədikləri vergiləri geri almaq üçün mürəkkəb səhm sövdələşmələri etdikləri ortaya çıxıb.
Almaniyanın vergi ekspertləri Cum-ex ilə 2005-2011-ci illərdə dövlət xəzinəsinin milyardlarla avro itirildiyini bildirirlər. İstintaqa dörd qitədə 100-ə yaxın bank və ən azı 1000 şübhəli cəlb edilib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 52 d. əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
20 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb












.jpg)











