Bu gün Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı 16 sentyabr 2022-ci il tarixində saat 11:00-da açıqlanacaqdır. Bu faiz qərarı Mərkəzi Bankın İdarə Heyəti sədri Taleh Kazımovun dövründə qəbul edilən 4-cü faiz qərar olacaqdır.
29 İyul 2022-ci il tarixində keçirilmiş iclasda Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb. Kazımov sədr təyin olunduqdan bəri Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayır.
Marja.az-ın məlumatına görə, xarici mənşəli xərc amilləri inflyasiyanın dinamikasını müəyyənləşdirən başlıca amil olaraq qaldığından (inflyasiyanın böyük hissəsi idxal olunduğundan) Azərbaycan Mərkəzi Bankı faizlərini sabit saxlayır. Hazırda inflyasiya tələbin sürətlə artmasından deyil, təklif tərəfindəki çətinliklər ilə əlaqədardır. Koronavirus pandemiyası, təchizat problemləri, iqlim dəyişikliyi, Rusiya-Ukrayna müharibəsi istehsalın düşməsinə, eyni zamanda təklifin azalmasına səbəb olur. Təklifin azaldığı şəraitdə də qiymətlər yüksəlir. Qiymətlər, təklifin azalması səbəbindən artdığı zaman mərkəzi bankın alətləri işə yaramaya bilər.
Nobel mükafatlı iqtisadçı Cozef Stiqlitzə görə, faiz dərəcələrinin artırılması təkliflə bağlı problemləri həll etmək əvəzinə, onu dərinləşdirə və inflyasiyanı pisləşdirə bilər. İqtisadçı hesab edir ki, təklif yönlü inflyasiyanı azaltmaq üçün faiz dərəcələrini aqressiv artıran mərkəzi banklar əlavə qiymət artımlarına (inflyasiyanın daha da yüksəlməsinə) səbəb olurlar. Professor Stiqlitz deyib: “Faizlərin artırılması təklif tərəfindəki problemləri həll etmir. Bu, hətta vəziyyəti daha da pisləşdirə bilər, çünki tədarük çatışmazlığını aradan qaldırmaq üçün daha çox investisiya qoyulmalıdır. Faiz dərəcələrinin artırılması bu investisiyaları çətinləşdirir (bahalı edir). Faizlərin artırılması daha çox ərzaq və enerji istehsalına və təchizat problemlərinin həllinə kömək edə bilməz. Uçot dərəcəsinin artırılması problemləri həll etmir, bu, vəziyyəti daha da pisləşdirmək riskini daşıyır".
Azərbaycan Mərkəzi bankının pul siyasətinə həsr olunmuş ötən toplantısından bəri inflyasiyaya amillərində kəskin dəyişikliklər müşahidə edilməmişdir. Son vaxtlar neft və qlobal ərzaq qiymətlərində az da olsa geriləmə baş vermişdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,9 faiz, əvvəlki ilin avqust ayına nisbətən 14,2 faiz yüksəlib. Cari ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,5 faiz, əvvəlki ilin iyul ayına nisbətən 13,7 faiz yüksəlmişdi.
MƏRKƏZİ BANKIN FAİZLƏRİNİN BAZARDAKI FAZİLƏRƏ TƏSİRİNİ ARTIRMAQ ÜÇÜN YENİ ALƏTLƏRİN TƏTBİQİNƏ BAŞLANILIB
Eyni zamanda Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin cari ilin avqust ayında qəbul etdiyi müvafiq qərarlarla 01.09.2022-ci il tarixindən pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılıb. Pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi faiz dəhlizi parametrlərinə də baxmağı zəruri etmişdir. Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və banklararası pul bazarının aktivləşdirilməsinin ilkin mərhələsində Mərkəzi Bankın faiz dəhlizinin aşağı həddinin 01.09.2022-ci il tarixindən 4% səviyyəsində müəyyən edilməsi qərara alınmışdır.
"Bu bank sektorundakı izafi likvidliyin əlverişli şərtlərlə sterilizasiyası və banklararası pul bazarında tarazlı faizlərin formalaşması imkanlarının yaranması baxımından məqsədəuyğun sayılmışdır. Mərkəzi Bank qısamüddətli pul bazarının müxtəlif seqmentlərində faizlərin kəskin dəyişkənliyinə yol vermədən banklararası faizləri mərhələlərlə faiz dəhlizinə yaxınlaşdırmaq hədəfini qarşıya qoymuşdur. Makroiqtisadi durum və banaklararası bazardakı vəziyyətdən, eləcə də yeni alətlərin tətbiqinin maliyyə bazarının müxtəlif seqmentlərinə təsirlərindən asılı olaraq Mərkəzi Bankın faiz dəhlizinin eni daraldılacaqdır.
Yeni alət arsenalının tətbiqi sterilizasiya əməliyyatlarının aktivləşməsilə müşayət olunacaqdır ki, bu da pul bazarında faizlərin Mərkəzi Bankın uçot dərəcəsinə yaxınlaşmasına və beləliklə faiz dəhlizinin pul bazarının müxtəlif seqmentlərində faizlərə transmissiya effektinin yüksəlməsinə gətirib çıxaracaqdır. Eyni zamanda sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi inflyasiya təzyiqlərinin artması şəraitində kredit qoyuluşlarının balanslı artımının təmin edilməsi və ortamüddətli perspektivdə ölkədə makroiqtisadi sabitliyin qorunması, o cümlədən valyuta bazarında tarazlığın dəstəklənməsi baxımından vacibdir",- Mərkəzi Bank bildirmişdi.
Qeyd edək ki, hazırda Mərkəzi Bankın uçot faiz dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 4.00%, yuxarı həddi 9.25%-dir.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 7 saat sonra
-
- 6 d. əvvəl
- 12 d. əvvəl
-
29 d. əvvəl
Qlobal smartfon bazarının bu il təxminən 13 faiz kiçiləcəyi gözlənilir
- 35 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilməsi təklif edilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
27 fevraldan 1 marta qədər - Endirimli qiymətlər faizsiz və komissiyasız 18 aya bölünəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
bp-yə yeni vitse-prezident təyin olundu
İctimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə güzəştlərin tətbiq olunması təklif edilir
Rəsmi məzənnələr açıqlandı
27 fevraldan 1 marta qədər - Endirimli qiymətlər faizsiz və komissiyasız 18 aya bölünəcək
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
eBay 800 əməkdaşını işdən azad edəcək
Ford 4 milyon 380 min avtomobili geri çağırır
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
Banka illik 13 faizlə 5 milyon manat pul lazımdır - ŞƏRTLƏR
ABB-dən 100 milyon manatlıq istiqraz



















