2 milyard manatlıq "körpə iqtisadiyyatı” xaricilərin nəzarətindədir
Ana və ataların şüur səviyyəsinin artması, övladlarını sağlam böyütmək istəyi "körpə iqtisadiyyatı"nı daha da böyüdür.
“Marja”nın məlumatına görə, geyimdən texnikaya, oyuncaqdan qullu məhsullarına qədər bir çox sektorda "körpə iqtisadiyyatı"nın həcmi genişlənir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin əvvəlində təxminən 9,7 milyon nəfər Azərbaycan əhalisinin 852 min nəfərini 0-4 yaşında olanlar, 710 min nəfərini 5-9 yaşında olanlar, 625 min nəfərini 10-14 yaşında olanlar təşkil edib. Yəni, əhalinin təxminən 2,2 milyon nəfəri körpə və uşaqlardan (0-14 yaş) ibarətdir. Bu sayın üzərinə 693 min nəfərlik 15-19 yaşında olanları da əlavə etsək say 3 milyona yaxınlaşır.
İl ərzində orta hesabla 1 körpə və ya uşağın təkcə geyiminə təxminən 100 manat xərclənir. Bu da 0-14 yaşında olan körpə və uşaqlara görə təxminən 220 milyon manatlıq geyim xərci deməkdir. Bu xərcin üzərinə uşağa qulluq, oyuncaq və qida xərclərini də əlavə etsək "körpə iqtisadiyyatı"nın həcmi rahat 2 milyard manatı keçir. Bir uşağın (geyim, oyuncaq, qulluq məhsulları(bez, şampun, sabun, kremlər və s.) qidalar və s.) illik orta hesabla xərci 1000 manatı üstələyir.
Təəssüf ki, bu gün Azərbaycanın körpə və uşaq əşyaları, oyuncaqları, geymi, qidaları bazarı xaricilərin nəzarətidədir. Bir çox beynəlxalq brendlərin uşaq geyimi mağazaları ölkəmizdə fəaliyyət göstərir. Uşaq kateqoriyasında yerli brendlərimiz yox dərəcəsindədir. Körpə qidaları, oyuncaqları və qulluq məhsulları idxal olunur.
Dövlət və iş adamları bu sektora da önəm verməli, ən azı idxaldan asılılıq 50% azaldılmalı və bu kateqoriyada ixraca nail olunmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 8 saat sonra
-
- 4 saat sonra
-
12 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
13 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
13 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb
















.jpg)






