Almaniyadan 65 milyard avroluq antiinflyasiya paketi
Almaniya istehlakçıları və müəssisələri inflyasiyadan qorumaq üçün üçüncü tədbirlər paketini açıqlayıb. Güzəştli ictimai nəqliyyat və vergilərin azaldılması kimi tədbirləri ehtiva edən paketin həcmi 65 milyard avro təşkil edəcək.
Almaniyanın bazar günü elan etdiyi üçüncü tədbirlər paketinə əsasən, hökumət istehlakçıları və müəssisələri sürətlə artan inflyasiyanın mənfi təsirlərindən qorumaq üçün 65 milyard avro xərcləyəcək.
Marja xəbər verir ki, Baş nazir Olaf Scholz-un rəhbərlik etdiyi üç partiyalı koalisiyanın razılaşdırdığı paketə görə, tədbirlər paketinə ictimai nəqliyyatda güzəştli gediş haqqı müddətinin uzadılması və təxminən 9 000 enerji tutumlu şirkət üçün 1,7 milyard avro vergi endirimi daxildir.
Baş nazir Scholz qatıldığı bir konfransda, "Bu, elan edilən üç paket arasında indiyə qədər ən böyük paketdir" deyib.
65 milyard avroluq yardım paketinə aşağıdakılar daxildir:
- Təqaüdçülərə 300 avro birdəfəlik birbaşa ödəniş ediləcək,
- Universitet tələbələrinə bir dəfə 200 avro ödəniləcək,
- Uşaq müavinəti 18 avro artırılacaq,
- İctimai nəqliyyatda 9 avroluq bilet əvəzinə bütün Almaniyada etibarlı olacaq yeni bilet tətbiqi gələcək. Müvafiq olaraq, 49 ilə 69 Avro arasında dəyişən aylıq abunələr olacaq.
- Gələn ilin əvvəlində həyata keçirilməsi planlaşdırılan "Bürgergeld" (Vətəndaşlıq Pulu) ilə bərabər, ehtiyacı olanlara ödənilən dəstək təxminən 500 avroya qədər artırılacaq. Hal-hazırda, "Grundsicherung" adlanan əsas yardım ilə ehtiyacı olan subay insanlara ayda 449 avro ödənilir.
- Daha çox insan mənzil yardımı alacaq. Mənzil yardımı almaq hüququ olan şəxslər qrupu 2 milyon vətəndaşa qədər genişləndiriləcək.
Qeyd edək ki, ilin əvvəlində razılaşdırılan 2 paketlə ümumi dəstək məbləği 95 milyard avroya çatacaq.
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“McDonald’s Azərbaycan” ət tədarükçüsü olan “Azprotein Foods Group”un istehsalat müəssisəsinə media tur təşkil edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
37 d. əvvəl
"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 42 d. əvvəl
- 46 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
-
1 saat əvvəl
Xarici vençur fondu Azərbaycan bazarına daxil olur, yeni şirkəti təsis olunacaq
-
2 saat əvvəl
BYD, 2025-ci ildə ixracın ümumi satışlarının 20 faizini təşkil edəcəyini gözləyir
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” nüfuzlu “İNMerge” innovasiya sammitinin platin sponsorudur
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar

Avtobuslarda gediş haqqı məsafədən asılı olaraq dəyişəcək - QİYMƏT AZI 60 QƏPİK OLACAQ

Azərbaycanda kredit kartlarının sayı isə 7% azalıb

“McDonald’s Azərbaycan” ət tədarükçüsü olan “Azprotein Foods Group”un istehsalat müəssisəsinə media tur təşkil edib

Metro və avtobuslarda gediş haqqları artırıldı
