Belçikada inflyasiya son 46 ilin ən yüksək səviyyəsinə çatıb
Belçikada inflyasiya avqustda 9,94 faizə çatıb ki, bu da 1976-cı ildən bəri ən yüksək səviyyədir.Belçika Statistika İnstitutu (Statbel) avqust ayı üzrə ölkənin inflyasiya göstəricilərini açıqlayıb.
Məlumatlara görə, Belçikada iyulda 9,62% olan inflyasiya avqustda 9,94%-ə yüksəlib. Beləliklə, ölkədə inflyasiya 1976-cı ilin martından bəri ən yüksək həddə çatıb.
Belçikada inflyasiya sonuncu dəfə 46 il əvvəl 9,96 faizlə ölçülüb.
Avqustda baza inflyasiyası 5,74%-ə yüksəlib.
Avqust ayında ən çox qiymət artımı elektrik enerjisi, təbii qaz, çörək, taxıl məhsulları, geyim, desertlər, spirtli içkilər, mehmanxana otağı, ət və fərdi qulluq məhsullarında olub.
Ölkədə inflyasiyanın artmasının əsas səbəbi enerjidir. Enerjidə qiymət artımı 49,81 faizə çatıb. Enerji məhsullarının avqust inflyasiyasına töhfəsi 4,43 faiz olaraq reallaşıb.
1 il əvvəllə müqayisədə avqust ayında Belçikada təbii qazın qiyməti 106,9 faiz, elektrik enerjisinin qiyməti 57,2 faiz, soba mazutu 52,6 faiz, aviabiletin qiyməti 41,1 faiz, neftin qiyməti 29,3 faiz, dizelin qiyməti 26 faiz bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 17 d. əvvəl
-
- 36 d. əvvəl
-
54 d. əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
1 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Tramp: Venesuela ABŞ-yə 30–50 milyon barel neft verəcək
Rəsmi məzənnələr açıqlandı
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Ən çox oxunanlar
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!



























