Huawei sentyabrın 6-da yeni smartfonlarını təqdim edəcək
Batareyası bitdikdə belə zəng etmək mümkün olacaq! Aylarla davam edən söz-söhbətlərdən sonra Huawei-nin yeni nəsil flaqman smartfonu nəhayət rəsmi olaraq elan edilib. İstehsalçı Huawei Mate 50 seriyasının və digər yeni məhsulların təqdimatının sentyabrın 6-da baş tutacağını təsdiqləyib.Huawei Mate 50 smartfonu iPhone 14 smartfonlarından bir gün öncə təqdim ediləcək.“Huawei” şirkəti sentyabrın 6-da yeni Mate 50 flaqman smartfonlarının təqdimatını keçirməyi planlaşdırır.
Marja.az xəbər verir ki, bu barədə şirkətin bazar ertəsi WeChat messencerindəki rəsmi hesabında yerləşdirilmiş məlumatında deyilir.
Digər təfərrüatlar hələlik açıqlanmayıb.
Huawei yeniliyin texniki xüsusiyyətlərini rəsmi olaraq dərc etməyib. İnternetdəki məlumatlara əsasən, yeni Mate 50-nin üç versiyası gözlənilir: Mate 50, Mate 50 Pro və Mate 50 RS. Smartfonların Qualcomm-un flaqmanı Snapdragon 8 Gen 1 prosessoru ilə təchiz olunacağı gözlənilir.
Digər məlumata görə, Huawei Mate 50 seriyasına dörd modelin - Mate 50, Mate 50 Pro, Mate 50 RS Porsche Design və Mate 50 E daxil olacağı gözlənilir.
Rəsmi afişada əsas kameranın üzük dizaynına işarə edən nəhəng qızıl üzük göstərilir.
Smartfonlar Huawei HarmonyOS-dan xüsusi əməliyyat sistemi ilə təchiz olunmalıdır. Sənaye mənbələri daha əvvəl bildiriblər ki, Mate 50-nin batareyası bitdikdə belə sizə zəng etməyə imkan verəcək ehtiyat funksiyası olacaq.
Daha əvvəl bildirilmişdi ki, “Huawei Mate 50” seriyalı smartfonların işləyəcəyi Harmony 3.0 əməliyyat sisteminin yeni versiyasında batareyanın enerjisi bitdikdən sonra işə düşəcək fövqəladə rejim olacaq. Bu rejimdə istifadəçilər mətn mesajlarını qəbul etmək və göndərmək imkanlarını saxlayacaqlar. Bundan əlavə, siz hələ də təcili zəng edə biləcəksiniz.
2019-cu ildən bəri Çinin Huawei şirkəti ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyalara görə güclü təzyiq altındadır. Çiplərin satışının dayandırılması və Amerika texnologiyalarına çıxışının əngəllənməsi şirkətin smartfon biznesinə xüsusilə ağır zərbə vurub. Avqustun 12-də Huawei-nin hazırkı sədri Hu Houkun şirkətin birinci yarımillik maliyyə nəticələrini şərh edərkən bildirib ki, cihaz biznesi ağır zərbə alıb, lakin İKT infrastrukturu biznesi sabit artımı qoruyub.
2022-ci ilin birinci yarısında Huawei-nin ümumi gəliri 301,6 milyard yuan (təxminən 45 milyard dollar) olub, ötən ilin yanvar-iyun aylarında bu rəqəm 320,4 milyard yuan (təxminən 47,8 milyard dollar) səviyyəsində idi.
Huawei 1987-ci ildə yaradılıb. Son hesabata görə, şirkətdə 195 minə yaxın işçi çalışır. Şirkət dünyanın 170 ölkə və regionunda müxtəlif əməliyyatlar və məhsulların çatdırılması ilə məşğul olmaqla 3 milyarda yaxın insana xidmət göstərir.
Qeyd edək ki, ABŞ-ın Apple şirkətinin yeni iPhone 14 smartfonlarını 7 sentyabrda təqdim edəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 16 d. əvvəl
-
- 35 d. əvvəl
-
53 d. əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
1 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Tramp: Venesuela ABŞ-yə 30–50 milyon barel neft verəcək
Rəsmi məzənnələr açıqlandı
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Ən çox oxunanlar
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!





























