Fed/Evans: Fed gələn il faiz dərəcəsini 4%-ə çatdıra bilər
Çikaqo Fed-in sədri Çarlz Evans FED-in ehtimalla gələn il faiz dərəcəsini 4 faizə qaldırması lazım ola biləcəyini deyib.ABŞ Mərkəzi Bankının (Fed) Çikaqo şöbəsinin sədri Çarlz Evans Ayova ştatının Des Moines şəhərindəki Drake Universitetində keçirilən tədbirdə ABŞ-da iyul inflyasiya məlumatları ilə bağlı qiymətləndirmələr edib.
Marja xəbər verir ki, o, inflyasiyanın hələ də "qəbulediməz dərəcədə yüksək" olduğunu vurğulayıb.
Evans bildirib ki, FED-in faizini cari 2,25-2,5%-dən bu il 3,25-3,5%-ə, gələn ilin sonuna qədər isə 3,75-4%-ə yüksəldəcəyi böyük “ehtimaldır”.
İqtisadi şərtləri nəzərə alaraq "yaxşı yerdə" olduqlarını söyləyən Evans, "İnflyasiya düşündüyümdən daha çox nəzarətdən çıxsa, daha məhdudlaşdırıcı ola bilərik. Həm də işlər daha tez yaxşılaşarsa, biz faiz dərəcəsini daha əvvəl qeyd etdiyim qədər artıra bilməyəcəyik”,- deyib.
FED-in faizlərini kəskin artırması və enerji qiymətlərinin düşməsilə əlaqədar olaraq iyul ayında ABŞ-da inflyasiya zəifləyib. İyun ayında 9 faizi keçən və 40 illik rekordunu yeniləyən inflyasiya iyulda 8,5 faizə düşüb. Aylıq qiymətlərdə heç bir dəyişiklik olmayıb.
Həmçinin oxu
ABŞ-da inflyasiya zəifləyibMüştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 44 d. əvvəl
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
20 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb













.jpg)





.jpg)






