Səudiyyə Krallığında "şahin" şahzadə
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbduləziz yeni vəliəhd şahzadə elan etdiyi 31 yaşlı oğlu Məhəmməd bin Salmanın sürətli bir şəkildə yüksəlişi diqqəti çəkir.
"Marja" AP-yə istinadən xəbər verir ki, yeni vəliəhd şahzadə, hələ 31 yaşında olmasına baxmayaraq ölkənin müdafiə siyasətlərini idarə edir və böyük iqtisadi məsələlərdə atasına yardım edir. Səudiyyə Krallığının növbəti kralı olacaq Məhəmməd bin Salman, cəsur, ehtiraslı və risk götürməyi sevməsilə tanınır.
Səudiyyəli köşə yazarı professor Xalid Batarfi, Məhəmməd ibn Salmanın cəsur olması səbəbiylə bu vəzifəyə uyğun olduğunu düşünür. Batarfi, "Mövcud vəziyyət çox mürəkkəbdir, sürətli qərar vermək və cəsarət tələb edir. Qoca nəsil, ölkənin ehtiyacı olan dəyişikliyi həyata keçirmək üçün kifayət qədər sürətli olmaya bilər. Ölkənin yeni bir qana və yeni nəsilə ehtiyacı var. Çünki dəyişiklik ehtiyacı çox böyükdür" ifadələrini istifadə edib.
Vəliəhd şahzadə elan edilən Məhəmməd bin Salman üçün Məkkədəki Səfa Sarayında beyət mərasimi keçirilib
ATASININ YANINDAN AYRILMADI
Səudiyyə Krallığının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, bundan iki il əvvələ qədər Səudiyyə Ərəbistanında çox az tanınan bir fiqur idi.
Məhəmməd bin Salman, qardaşlarının bir çoxu kimi xaricə gedərək təhsili orada almağa üstünlük vermədi. 31 yaşlı vəliəhd şahzadə bunun əvəzinə atası Kral Səlmanın yanında qalaraq Kral Yüksəliş Universitetində hüquq təhsili alıb.
Təxminən 2 il əvvəl taxta çıxan Kral Salman, taxta çıxdıqdan sonra oğlunu Müdafiə Nazirliyinə gətirdi. Müdafiə naziri kürsüsünə oturan Məhəmməd bin Salman, 2 ay sonra Yəməndə müharibəyə başladı. Səudiyyə mediasına görə, məqsədi, İranın regional dominatlıq siyasətini boşa çıxarmaq idi.
TRUMPLA OXŞAR FİKİRDƏDİR
Səudiyyə Ərəbistanının yeni vəliəhd şahzadəsi Məhəmməd bin Salman, eynilə ABŞ Prezidenti Donald Trump kimi İran haqqında "şahin" fikirlərə malikdir.
İran ilə hər hansı bir dialoqa girməyi rədd edən yeni vəliəhd şahzadə, Mart ayında Ağ Evə gedərək Trump ilə görüşmüş, iki lider İranın bölgədəki siyasətləri ilə mübarizə etmək məsələsində razılaşmışdı.
Şahzadə Məhəmməd, İran mövzusundakı fikirlərini May ayında verdiyi son müsahibəsində də açıq bir şəkildə ifadə etmişdi. İranın İslam dünyasını idarə etməyi qarşısına məqsəd qoyduğunu deyən Məhəmməd bin Salman, "İranın əsas hədəflərindən biri olduğumuzu bilirik. Ancaq bir müharibə baş verəcəksə, bu, İranda olacaq. Səudiyyə Ərəbistanında deyil"- şəklində danışmışdı.
SOSİAL DƏYİŞİKLİK SÖZÜ
Əhalisinin yarısından çoxu 25 yaşdan, 70%-dən çoxu 35 yaşdan aşağı olan Səudiyyə Ərəbistanında, yeni vəliəhd şahzadənin verdiyi ən mühüm sözlərdən biri də sosial dəyişiklik sözü olub.
Ölkəni 21-ci əsrə gətirmək üçün sosial islahatların qaçılmaz olduğunu düşünən Məhəmməd bin Salman, ölkədə əyləncə sahələri açılacağı sözünü verib və həmyaşıdları üçün daha çox əyləncə vəd edib
Müştərilərin xəbərləri
“PAŞA Sığorta”nın "Port Baku" ərazisindəki filialı mərkəzi ofisdə ("Sahil Plaza"da) fəaliyyətini davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
19 d. əvvəl
“Əgər blokada daha 2 ay davam edərsə, İranın neft gəlirləri sıfıra düşə bilər”
- 38 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
Qarabağda torpaqlar sahibkarara icarəyə verilir - İnvestisiya müsabiqəsi elan oludu
- 1 saat əvvəl
-
1 saat əvvəl
iPhone satışları artıb, Apple şirkəti daha çox gəlir və xalis mənfəət əldə edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
16 saat əvvəl
Dövlət Agentliyindən "çörəyin bahalaşacağına dair iddialara" cavab
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Qarabağda torpaqlar sahibkarara icarəyə verilir - İnvestisiya müsabiqəsi elan oludu
DİQQƏT: Pulunu artırmağın yeni yolu var!
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Dövlət Agentliyindən "çörəyin bahalaşacağına dair iddialara" cavab
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub
ABŞ-da ilk rübdə güclü iqtisadi artım
Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Mərkəzi Bankı da faizə toxunmadı
"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi






.jpg)
.jpg)




.jpg)







