Gəncədə sənayenin vəziyyəti haqqında məlumatlar açıqlanıb.
2022-ci il yanvar-iyun aylarında Gəncə şəhərində sənayenin vəziyyəti haqqında məlumatlar açıqlanıb.
Gəncə şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, 2022-ci ilin yanvar-iyun aylarında Gəncə şəhərinin sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 346,1 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Sənayedə muzdla çalışan 6600 işçinin hər nəfərinə verilən orta aylıq əməkhaqqı 602,1 manat təşkil etmişdir. Dövlət sənaye müəssisələrində işçilərin orta aylıq əməkhaqqı 572,9 manat, qeyri-dövlət sektorunda 643,2 manat təşkil etmişdir.
Emal sektorunun müəssisələri tərəfindən 313,1 milyon manatlıq (286,0 milyon manatı qeyri-dövlət sektoru tərəfindən) məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bundan 81,2 milyon manat qida məhsulları istehsalı, 5,5 milyon manat içki, 172,7 milyon manat metallurgiya sənayesi məhsulları, 27,1 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 26,6 milyon manat digər məhsulların istehsalı təşkil etmişdir. Cari ilin yanvar-iyun ayları ərzində 109,6 ton makaron, 59,9 min dekalitr araq, 58,5 min dekalitr şərab, 259 ədəd traktor, 128 ədəd MAZ yük avtomobili, 6387,8 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 61 ədəd sair qoşqular və 4544 ədəd elektron, 70691 ədəd mexaniki su sayğacları istehsal edilmişdir.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2022-ci il yanvar-iyun ayları ərzində 23,2 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 9,8 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)





.jpg)



