Neft bu həftə 10 faizdən çox ucuzlaşıb, qiymətlər son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Qlobal iqtisadi yavaşlama ilə əlaqədar olaraq tələbin azalacağı ilə bağlı artan narahatlıqlar fonunda neft ucuzlaşmaqda davam edir.
Marja xəbər verir ki, ABŞ xam neftinin qiyməti 88 dollardan, Brent nefti isə 94 dollardan aşağı düşüb. Brent neftinin qiyməti 93,29 dolları, ABŞ xam neftinin qiyməti isə 87,76 dolları görüb.
ABŞ xam nefti bu həftə 10 faizdən çox ucuzlaşıb. Rəsmi məlumatlar göstərir ki, ABŞ-da anbarlarda xam neft ehtiyatları artıb, benzin istehlakı (istifadəsi) azalıb.
Bu azalma OPEC+-ın ehtiyat gücün yetərli olmadığı barədə xəbərdarlıq etməsinə baxmayaraq baş verib.
İlin ilk beş ayında qiymətlərin yüksəlməsindən sonra xam neft iyun və iyul aylarında ucuzlaşıb və qiymətlərin düşməsi bu ay daha da sürətlənib.
Rusiyanın Ukraynaya hücumu nəticəsində qiymətlərdə baş vermiş artım artıq tamamilə silinib.
FED də daxil olmaqla mərkəzi bankların faiz dərəcələrini artırmaları qlobal iqtisadiyyata inflyasiya təzyiqlərini azaldacağı gözlənilir.
Analitiklər bildirirlər ki, qiymətlərin düşməsi neftə tələbin pisləşməsilə əlaqədardır.
Daha sərt pul siyasətinə keçid investorlar arasında əsas iqtisadiyyatlarda artımın yavaşlayacağı və enerji istehlakı perspektivini təhlükə altına atacağı ilə bağlı narahatlıqlar yaradıb. İngiltərə Mərkəzi Bankı cümə axşamı xəbərdarlıq edib ki, Böyük Britaniya borclanma xərclərini (faizi) artırdığı üçün tənəzzülə girir.
Bu həftə qiymətlərin düşməsinə qismən Liviyanın xam neft hasilatını bərpa etməsi də təsir göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 20 d. əvvəl
-
- 34 d. əvvəl
- 48 d. əvvəl
-
53 d. əvvəl
Bank BTB-nin “Komissiyanı dondurduq” lombard krediti üzrə kampaniyası davam edir
-
56 d. əvvəl
Unicapital “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində iştirak edəcək
-
1 saat əvvəl
Azərbaycanda yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı açıqlanıb
-
1 saat əvvəl
50-dən çox ölkədə uşaq qidası qalmaqalı: Məhsullar bazardan yığışdırılır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
FED/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Əmək müqavilələrinin sayı artır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Fitch ABŞ üçün iqtisadi artım proqnozunu yüksəldib
FED/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm
BMT qlobal iqtisadiyyata dair proqnozlarını açıqlayıb
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub










.jpg)
















