"Muğanbank"ın reytinqləri defolt səviyyəsinə düşə bilər
"Standard & Poor`s" (S&P) beynəlxalq reytinq agentliyi "Muğanbank" ASC-nin reytinqlərini bir və ya bir neçə pillə endirə bilər. Bu barədə agentliyin yaydığı məlumatda deyilir.
"Gələcəkdə bankın likvidliyinin pozulması davam edərsə və nəticədə defolt ehtimalı artarsa, biz bankın reytinqlərini bir və ya bir neçə pillə endirə bilərik. Bununla yanaşı, kapitallaşma göstəricilərinin zəifləməsi də neqativ reytinq hərəkətinə səbəb ola bilər", - deyə məlumatda vurğulanıb.
Bununla yanaşı, S&P bildirir ki, likvidlik göstəricilərinin yaxşılaşması reytinq üzrə proqnozun müsbət olmasına, hətta reytinqin artırılmasına səbəb ola bilər.
Xatırladaq ki, bu gün S&P "Muğanbank"ın kredit reytinqini "B-/B" səviyyəsindən "ССС+/С" səviyyəsinədək endirib. Reytinq üzrə proqnoz neqativdir.
"Reytinqin endirilməsi özündə bankın kreditləşmə qabiliyyətini ehtiva edir", - deyə agentliyin açıqlamasında deyilir.
Agentliyin analitikləri qeyd edir ki, Azərbaycanda hökm sürən əlverişsiz əməliyyat mühiti "Muğanbank"ın likvidliyinə və kapitallaşmasına da neqativ təsir edib.
S&P bildirir ki, 2016-cı ildə bank güclü depozit axını ilə üzləşib. Belə ki, manatın məzənnəsinin korreksiyasını da nəzərə alsaq, bankın depozit portfeli 30% azalıb. "Nəticədə bankın likvidliyi təzyiqlə üzləşib. Yüksək likvidliyə malik aktivlərin həcmi isə təxminən 77% azalaraq 14,5 mln. manata çatıb. Onu da qeyd edək ki, 2017-ci ildə depozit axını səngiyib. Lakin bankın likvidlik ehtiyatı hazırda minimal həddədir ki, bu da riskləri artırır", - deyə məlumatda vurğulanıb.
Reytinqlərin açılışı:
CCC - Emitent borc öhdəlikləri üzrə ödənişlərlə bağlı çətinlik çəkir və onun qabiliyyəti iqtisadi şəraitdən asılıdır.
CC - Emitent borc öhdəlikləri üzrə ödənişlərlə bağlı ciddi çətinlik çəkir.
C - Emitent borc öhdəlikləri üzrə ödənişlərlə bağlı ciddi çətinliklər çəkir, ola bilsin iflas proseduru başlasın.
Qeyd edək ki, C səviyyəsindən sonrakı səviyyələr defolt səviyyələridir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)













