FT: Qərb enerji böhranının pisləşməsindən ehtiyat edərək Rusiya neftinə qarşı sanksiyaları təxirə salır
Qəzet göstərir ki, Avropa Komissiyası tətbiq olunan sanksiyalara istisnalar nəzərdə tutub. Avropa şirkətlərinə bəzi Rusiya şirkətləri ilə “ciddi zəruri əməliyyatlar” həyata keçirməyə icazə verilib.Qərb ölkələri qlobal enerji böhranının kəskinləşməsindən ehtiyat etdikləri üçün Rusiyanın neft ticarəti imkanlarını məhdudlaşdırmaq üçün nəzərdə tutulmuş yeni sanksiyalar tətbiq etməkdən çəkiniblər.
Marja.az xəbər verir ki, bu barədə bazar günü axşam Britaniyanın “Financial Times” (FT) qəzetinin saytında dərc olunmuş məqalədə deyilir.
Nəşr xatırladır ki, Avropa İttifaqı iyunun əvvəlində öz şirkətlərinə Rusiya nefti daşıyan gəmiləri sığortalamağı qadağan edib, lakin Böyük Britaniya bu təşəbbüsə qoşulmayıb. "Financial Times" qeyd edir ki, hələ may ayında London və Brüssel belə tankerlərin sığortalanmasına birgə qadağa tətbiq etmək barədə razılığa gəliblər, lakin nəticədə Böyük Britaniyada yalnız Rusiya Federasiyasından Krallığın özünə neft daşıyan gəmiləri sığortalamaq qadağan edilib. Qəzetin yazdığına görə, bu, ABŞ-ın neftin qiymətinin kəskin bahalaşmasından və tam qadağaya görə tədarük çatışmazlığının yaranmasından ehtiyat etməsi ilə bağlıdır ki, bu da ən böyük London sığorta bazarı Lloyd's of Londonu dəstəkləyəcək.
“The Financial Times” qeyd edir ki, Avropa Komissiyası tətbiq olunan sanksiyalara istisnalar təqdim edərək, enerji və ərzaq böhranlarını ağırlaşdırmamaq üçün Avropa şirkətlərinə bəzi Rusiya şirkətləri ilə “ciddi zəruri əməliyyatlar” həyata keçirməyə icazə verib.
Lloyd's London təmsilçisi Patrick Davison, nəşrə təsdiqləyib ki, Rusiya neftini Böyük Britaniyada digər ölkələrə tədarük edən gəmilərin sığortalanmasına heç bir qadağa yoxdur, lakin maraqlı tərəflər hökumətlə sıx əməkdaşlıq edir və məhdudlaşdırıcı tədbirlərin genişləndirilməsi halında onun göstərişlərinə əməl edəcəklər.
Britaniya Xəzinədarlığı qəzetə bildirib ki, onlar hələ də Rusiya neft sənayesinə qarşı görüləcək tədbirlər məsələsini öyrənirlər. “Biz Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırıq və bu tədbirlərin Rusiya iqtisadiyyatına maksimum təsir göstərməsi üçün müttəfiqlərimizlə işləyirik”, - deyə departamentdən bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 20 d. əvvəl
-
- 34 d. əvvəl
- 48 d. əvvəl
-
53 d. əvvəl
Bank BTB-nin “Komissiyanı dondurduq” lombard krediti üzrə kampaniyası davam edir
-
56 d. əvvəl
Unicapital “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində iştirak edəcək
-
1 saat əvvəl
Azərbaycanda yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı açıqlanıb
-
1 saat əvvəl
50-dən çox ölkədə uşaq qidası qalmaqalı: Məhsullar bazardan yığışdırılır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
FED/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Əmək müqavilələrinin sayı artır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Fitch ABŞ üçün iqtisadi artım proqnozunu yüksəldib
FED/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm
BMT qlobal iqtisadiyyata dair proqnozlarını açıqlayıb
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub









.jpg)
















