Dövlət Ehtiyatları Agentliyi yüksək keyfiyyətli yerli ərzaqlıq buğdanın tədarükünü elan etdi
Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2022-ci ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli yerli ərzaqlıq buğdanın tədarükünü elan edib.
Agentlikdən verilən xəbərə görə, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2022-ci il 1 avqust tarixindən 2022-ci il 1 sentyabr tarixinə kimi yerli buğda istehsalçılarından bir tonunun dövlət tədarük qiyməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 iyul tarixli, 435s nömrəli Sərəncamına əsasən 2022-ci il üçün 580,0 (beş yüz səksən) manat olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsində qeyd edilən aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən yerli buğda qəbul edəcək:
Dənin naturası (bir litrlik purkalarda qramla):
1.1. 1-ci və 2-ci sinif buğdalar üçün
1.2. 3-cü sinif buğda üçün- ən azı 770q/l
- ən azı 750 q/l
2. Zibil qarışığı:
2.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün- ən çoxu 1,5 faiz
3. Dən qarışığı:
3.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün- ən çoxu 3 faiz
4. Nəmlik:
4.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün
- ən çoxu 13 faiz
5. Yaş qlütenin miqdarı:
5.1. 1-ci sinif buğda üçün
5.2. 2-ci sinif buğda üçün
5.3. 3-cü sinif buğda üçün- ən azı 32 faiz
- ən azı 28 faiz
- ən azı 23 faiz
6. Qlüten indeksi:
6.1. 1-ci və 2-ci sinif buğdalar üçün
6.2. 3-cü sinif buğda üçün- 50-85 vahid
- 65-80 vahid
7. Şüşəvarilik:
7.1. 1-ci və 2-ci sinif buğdalar üçün
7.2. 3-cü sinif buğda üçün- ən azı 60 faiz
- ən azı 40 faiz
8. Zülalın quru maddəyə görə kütlə payı:
8.1. 1-ci sinif buğda üçün- ən azı 14,5 faiz
8.2. 2-ci sinif buğda üçün- ən azı 13,5 faiz
8.3. 3-cü sinif buğda üçün- ən azı 12 faiz
9. Düşmə ədədi:
9.1. 1-ci və 2-ci sinif buğdalar üçün- 250-350 saniyə
9.2. 3-cü sinif buğda üçün- 200-350 saniyə
10. Cücərmiş dən:
10.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün- ən çoxu 1 faiz
11. Xarab olmuş dən:
11.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün- ən çoxu 1 faiz
12. Mineral qarışığı:
12.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün:
12.1.1. daş, qum, torpaq, çınqıl və digər elementlər- ən çoxu 0,3 faiz
12.1.1.1. çınqıl- ən çoxu 0,1 faiz
13. Sedimentasiya göstəricisi:
13.1. 1-ci və 2-ci sinif buğdalar üçün- 50 ml-dən çox
13.2. 3-cü sinif buğda üçün- 35-50 ml
14. Toksiki qarışıqlar (zəhərli toxumlar, fuzariozlu dənlər, çovdar mahmızı, çürümüş dənlər):
14.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün- ən çoxu 0,05 mq/kq
15. Qoxu və dad - sağlam buğda dəninə məxsus olmayan bütün digər qoxu və dad- yol verilmir
16. Sürmə ilə sirayətlənmiş dənlər- yol verilmir
17. Zərərvericilərlə zədələnmiş dənlər- yol verilmir
18. Digər əlamətlər – karantin xəstəlikləri və bütün digər təhlükəli xəstəliklər, tərkibi toksiki elementlər, radio-nukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda istehsal edilmiş dənlər- yol verilmir
Bildirilir ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən yerli ərzaqlıq buğda qəbul edilməyəcək.
Yerli ərzaqlıq buğdanın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.
Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (saat 9:00-dan 18:00-a kimi):
-“Səngəçal Taxıl Elevatoru”: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şossesinin 51-ci kilometrliyi, tel: 050-496-45-45;
-“Gəncə Taxıl Elevatoru”: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi 20, tel: 050-660-39-03;
-“Abşeron Taxıl” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi 129, tel: 051-205-45-89;
-“Giləzi – Yem” ATSC: Xızı rayonu Giləzi kəndi, tel: 050-220-40-40;
-“Aveta” MMC: Kürdəmir rayonu, Bakı prospekti 6, tel: 050-200-11-97;
-“Karat Holding” MMC-nin Şəki şöbəsi: Şəki rayonu, Göybulaq kəndi, tel: 050-613-53-69;
-“Dəvəçi-Dəyirman” MMC: Şabran şəhəri, Nizami küçəsi 1, tel: 050-213-97-67.
Malgöndərənlərdən tədarük edilən yerli ərzaqlıq buğdanın qəbulu üçün tələb edilən sənədlər:
-Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş daxili karantin sertifikatı
-Akkreditə olunmuş laboratoriya tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsində qeyd edilən yerli ərzaqlıq buğdanın tələblərə uyğunluğunu təsdiq edən sertifikat.
Qəbul məntəqələrində malgöndərənlər tərəfindən təqdim ediləcək yerli ərzaqlıq buğda nümunələrindən yerində əlavə olaraq götürülən keyfiyyət analizləri ödənişsiz əsaslarla aparılacaqdır.
Əlavə məlumat almaq üçün 012 210 01 95 telefon nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
6 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 7 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var


















