Ölkəmizin bank bazarında daha bir yenilik
Elmir Həbibullayev: "Korporativ müştəriləri bu məhsula cəlb edən əsas cəhət onun pul vəsaitlərinin rahat idarə olunmasına imkan yaratmasıdı"
"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) ölkəmizin bank bazarında daha bir yenilik edərək, Azərbaycanda ilk dəfə SCORE məhsulunun tətbiqinə başlayıb. SCORE abreviaturasını açıqlasaq, "Standardised Corporate Environment" (standartlaşdırılmış korporativ mühit) sözləri alınacaq.
Bəs bu mühitin əsas xüsusiyyətləri nədir? Belə bir yeniliklə ABB öz müştərilərinə hansı üstünlükləri yaratmaq istəyir?
Suallarımızı bankın İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayevə ünvanladıq…
- Elmir müəllim, SCORE məhsulunun mahiyyətini sadə şəkildə necə izah edərdiniz?
- SCORE - Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sisteminin (SWIFT) məhsuludur. SWIFT-in, demək olar ki, ən son məhsullarındandır. Azərbaycan Beynəlxalq Bankı bu məhsulu korporativ müştərilərə təklif edir. SWIFT-də qeydiyyatdan keçmiş hüquqi şəxslər bu məhsulun köməyi ilə respublikadaxili və xarici köçürmələri, vergi ödənişlərini, konvertasiya əməliyyatlarını standart sorğu əsasında rahat bir şəkildə yerinə yetirə bilərlər.
- Bütün bunları “İnternetBank” vasitəsilə də yerinə yetirmək mümkün deyilmi?
- Doğrudur, funksional baxımdan “İnternetBank” sistemi ilə SCORE arasında bənzərliklər çoxdur. Bankımızın müştəriləri sırasında SCORE məhsuluna ən çox transmilli şirkətlər maraq göstərir. Bu da səbəbsiz deyil. Onların xaricdəki müxtəlif banklarda hesabları var. Həmin şirkətləri bu məhsula cəlb edən əsas cəhət onun standart mühit vasitəsilə pul vəsaitlərinin hərəkətinin rahat idarə olunmasına imkan yaratmasıdır. Həmin şirkətlərin daxili təhlükəsizlik prosedurları çox sərtdir. Prosedurların sərtliyinə görə də onlar çox zaman bankların təklif etdiyi “İnternetBank” sisteminə qoşulmaqdan imtina edirlər. Bu isə həmin şirkətlərin işində operativliyi aşağı salır, əlavə məsrəflər yaradır və s. SCORE isə qapalı istifadəçi qrupudur. Bu sistemin administratoru qismində SWIFT özü çıxış etdiyinə görə və müxtəlif banklardakı hesabları rahat bir mühitdə idarə etmək imkanı yaratdığına görə böyük şirkətlər bu məhsula üstünlük verirlər. Ondan istifadə, biznes proseslərini sadələşdirir, səmərəliliyi artırır, xərclərin azaldılmasına, texniki, əməliyyat və insan amili risklərinin minimallaşdırılmasına kömək göstərir.
- SCORE məhsulunun imkanlarından faydalanmaq üçün müştərilər nə etməlidirlər?
- Dediyimiz kimi, bundan ötrü birinci növbədə SWIFT-də qeydiyyatdan keçmək lazımdır. Ondan sonra korporativ müştəri məhsuldan faydalanmaq üçün ona xidmət göstərən filiala müraciət edə bilər.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 saat sonra
- 6 d. əvvəl
-
- 27 d. əvvəl
-
36 d. əvvəl
Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub
-
45 d. əvvəl
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
2 saat əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
2 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
Ən çox oxunanlar
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti







.jpg)





.jpg)





