“S&P”: “Azərbaycanın bank sisteminin vəziyyəti stabildir”
Azərbaycanın bank sistemi sabitdir və sektordakı problemli kreditlər azalmağa davam edərək bu ilin may ayında 3,6 %-ə çatıb.
Bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərinin “BB+/B” səviyyəsində təsdiq edilməsinə dair məlumatında deyilir.
Agentlik kölgə iqtisadiyyatın bank sektorunun əsas aktivlərinin həqiqi keyfiyyətini qiymətləndirməyi çətinləşdirdiyini hesab edir.
“Azərbaycanın maliyyə sektoru kiçik olaraq qalır və ümumi aktivləri ÜDM-nin 50 %-inədəkdir, bu da dövlət üçün şərti öhdəliklərin mümkün risklərini məhdudlaşdırır. Bununla belə, Azərbaycanın bank sistemi davam edən yüksək səviyyəli dollarlaşma, zəif idarəetmə və beynəlxalq kontekstdə şəffaflıq, yumşaldılmış kreditləşmə və anderraytinq standartları daxil olmaqla bir sıra davamlı struktur zəifliyi ilə xarakterizə olunur", - “S&P" hesab edir.
Agentlik vurğulayır ki, hökumət Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmlərinin nəzarət paketinə malikdir və 2017-ci ildə bankı restrukturizasiya edib və borcunun bir hissəsini öz üzərinə götürüb:
“Hökumət həmçinin ABB-nin balans dəyəri 10 milyard manata yaxın problemli kreditlərini dövlət zəmanəti ilə Azərbaycan Mərkəzi Bankı tərəfindən maliyyələşdirilən “AqrarKredit” dövlət bank olmayan kredit təşkilatına köçürüb.
Ümumi dövlət borcuna 9,5 milyard manat məbləğində dövlət zəmanətli “AqrarKredit”in kreditlərini daxil edirik.”
Xatırladaq ki, Azərbaycanda 26 bank fəaliyyət göstərir. Bu il iyunun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 41 milyard 371,5 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,4 % çoxdur.
Bank aktivlərinin 16 milyard 884,8 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son bir ildə sektorun kredit portfeli 25,1 % artıb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 24,9 % artaraq 36 milyard 293 milyon manat, o cümlədən depozit portfeli 34,8 % artaraq 29 milyard 737,6 milyon manat təşkil edib.
Sektorun balans kapitalı 6,9 % artaraq 5 milyard 078,5 milyon manat təşkil edib.
İllik 13.99%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
©️ Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 34 d. sonra
-
-
3 d. əvvəl
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
- 32 d. əvvəl
- 45 d. əvvəl
-
2 saat əvvəl
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
-
2 saat əvvəl
Azərbaycanda "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
bp və SOCAR saziş imzaladı
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
Fevralın 28-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
"Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifi artırmayacağını açıqlayıb
"Epoint" şirkəti "FinTech Lab”ın açılışında






















