Ziraat Bank Azərbaycanın xalis mənfəəti 2 dəfədən çox artıb
Ziraat Bank Azərbaycan 2022-ci ilin 2-ci rübünə dair maliyyə hesabatlarını açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, bank xalis mənfəətini ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artıraraq 3.8 mln manata çatdırmışdır.
Təqdim edilən maliyyə nəticələrinə görə bankın cəmi aktivləri də ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 % artaraq 44 mln manatı keçib. Bankın cəmi kapitalı isə ötən ilin sonundan 19 mln 985 min manat artaraq 102 mln manatı keçmişdir.
2-ci rübün maliyyə hesabatına əsasən bankın kredit portfelində də ciddi artım müşahidə edilib. Belə ki, müştərilərə təqdim edilən kreditlərinin ümumi məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 67% artaraq 289 mln manata çatmışdır. Bank həmçinin hüquqi şəxslərin etimadını da qazanmağa davam edir. Belə ki, hüquqi şəxslərin müddətli depozit portfeli də ötən ilin 2-ci rübü ilə müqayisədə 62% artaraq 40 mln manatı ötmüşdür.
Qeyd edək ki, Ziraat Bank Azərbaycanın həm faiz, həm də qeyri-faiz gəlirlərində də ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artım müşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 26.5% artaraq 14 mln manatı, qeyri-faiz gəlirləri isə 89% artaraq 6 mln manatı keçmişdir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. Bank xarici ticarət istiqamətində göstərdiyi xidmətə görə “Global Finance” beynəlxalq nəşri tərəfindən “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank” nominasiyasına layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 34 d. sonra
-
-
4 d. əvvəl
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
- 32 d. əvvəl
- 45 d. əvvəl
-
2 saat əvvəl
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
-
2 saat əvvəl
Azərbaycanda "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
bp və SOCAR saziş imzaladı
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
Fevralın 28-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
"Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifi artırmayacağını açıqlayıb
"Epoint" şirkəti "FinTech Lab”ın açılışında





















