Ayın sonuna qədər Mobil POS-a qoşulanlar üçün əməliyyatlar hələ də komissiyasızdır
(®) Xəbər verdiyimiz kimi, Kapital Bank hüquqi şəxs və fərdi sahibkarlara Azərbaycanda ilk dəfə yeni Mobil POS xidmətini təqdim edib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Visa şirkəti ilə birgə təqdim edilən bu xidmət vasitəsilə artıq sahibkarlar ənənəvi POS-terminal əvəzinə smartfonları vasitəsilə kartlardan, ağıllı saatlardan, stikerlərdən və digər təmassız ödəniş vasitələrindən ödənişləri qəbul edə bilərlər.
Bu yeniliyin daha əlçatan olması üçün Kapital Bank xüsusi güzəştli kampaniya təqdim edir. Belə ki, 31 iyul 2022-ci il tarixinədək bu xidmətə qoşulan sahibkarlar bütün yay boyu – yəni 31 avqust 2022-ci il tarixinədək Mobil POS vasitəsilə keçirilən əməliyyatlar üçün heç bir komissiya ödəməyəcəklər. Üstəlik Mobil POS xidmətinə qoşulan zaman depozit də tələb olunmur.
Qeyd edək ki, xidmətdən yararlanmaq üçün Android əməliyyat sisteminə məxsus və NFC modulu olan smartfonun olması, həmçinin Müştəri Bank istifadəçisi olmaq kifayətdir. Əsasən ticarət və xidmət sektorunda fəaliyyət göstərən kiçik sahibkarlar (bərbər, dərzi, kuryer, taksi, ayaqqabı təmiri, köşk sahibləri, qida sektoru, kiçik ticarət, meyvə-tərəvəz və s.) üçün əlverişli olan bu yeniliyi tətbiq etməklə əlavə POS-terminal qurğusunu əldə etməyə, həmçinin onun daşınmasına ehtiyac yoxdur. Xidmətə qoşulma ödənişsizdir, üstəlik bunun üçün Kapital Bank filiallarına gəlməyə ehtiyac yoxdur: qoşulma tam olaraq Müştəri Bank mobil tətbiqi vasitəsilə onlayn formada həyata keçirilir.
Mobil POS vasitəsilə ödəniş qəbul etmək, əməliyyat tarixçəsinə və mövcud Mobil POS terminallarının məlumatlarına baxmaq olar. Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/loginlinkinə keçid etmək və ya (+99 412) 310 10 97 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 34 d. sonra
-
-
4 d. əvvəl
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
- 32 d. əvvəl
- 45 d. əvvəl
-
2 saat əvvəl
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
-
2 saat əvvəl
Azərbaycanda "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
bp və SOCAR saziş imzaladı
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
Fevralın 28-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
"Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifi artırmayacağını açıqlayıb
"Epoint" şirkəti "FinTech Lab”ın açılışında





















