Azərkosmos İtaliya şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Azərkosmos və İtaliyanın yerüstü idarəetmə üzrə xidmət təminatçısı “Leaf Space” şirkəti arasında uzunmüddətli kommersiya müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, Azərkosmosun Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində quraşdırılan yerüstü stansiya “Leaf Space” şirkətinə Azərbaycan üzərindən keçən müxtəlif peyklərdən məlumat əldə etmək imkanı yaradacaq.
Yerüstü stansiyada quraşdırılan 3,7 metrlik S/X diapazonlu müasir anten sistemi müxtəlif peyklərdən əldə olunan kritik məlumatların emalı, ötürülməsi, telemetriya və peyk şəbəkələri arasında nəzarəti saxlamaq və kosmosda olan aparatları monitorinq etmək üçün geniş həllər təmin edəcək.
“Qlobal yerüstü stansiya şəbəkəmizi genişləndirmək üçün Azərbaycanda quraşdırdığımız anten xidmətimizin əhatə dairəsini artıracaq və biz Azərkosmosla tərəfdaşlıqdan məmnunuq”, – “Leaf Space” şirkətinin baş direktoru və həmtəsisçisi Conata Puqlia bildirib.
“Azərkosmos və “Leaf Space” arasında əməkdaşlıq kosmosla bağlı birgə fəaliyyətimizin davamlı inkişafı istiqamətində mühüm addımdır. Bu da öz növbəsində Azərbaycan və İtaliyanın uğurlu strateji tərəfdaşlığından xəbər verir”, – deyə Azərkosmosun sədr müavini Fuad Aslanov qeyd edib.
“Leaf Space” yüksək keyfiyyətli yerüstü stansiya xidmətləri və texnologiyaları təmin edən şirkətdir. “Leaf Space” şirkəti 2014-cü ildə İtaliyada təsis edilib.
Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos Azərbaycanda innovativ kosmik ekosistemin inkişafının aparıcı qüvvəsidir. Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan Azərkosmos 2010-cu ildə fəaliyyətə başlayıb. Hazırda iki telekommunikasiya peyki (Azerspace-1 və Azerspace-2) və bir Yer səthinin məsafədən müşahidəsi peyki (Azersky) vasitəsilə dünya üzrə tərəfdaşlarına yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
3 d. əvvəl
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
-
4 d. əvvəl
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib - SƏRƏNCAM
-
59 d. əvvəl
“AzInTelecom” və Azərbaycan Uşaq Fondunun birgə layihəsi – “SİMA missiyası” kitabı işıq üzü gördü
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakı Metropoliteni: Zərərlər aşağı sərnişindaşıma tarifləri səbəbindən yaranır
-
1 saat əvvəl
Bu dövlət şirkətinə 245 milyon manata yaxın faizsiz kredit verilib
-
1 saat əvvəl
Azərbaycandan Rusiyaya və əks istiqamətdə pul köçürmələri azalıb
-
2 saat əvvəl
Mənşə sertifikatları ilə bağlı müraciətlər qəbulu qaydası dəyişir
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
“AzInTelecom” və Azərbaycan Uşaq Fondunun birgə layihəsi – “SİMA missiyası” kitabı işıq üzü gördü
Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığı müzakirə edilib
Bu dövlət şirkətinə 245 milyon manata yaxın faizsiz kredit verilib
Azərbaycandan Rusiyaya və əks istiqamətdə pul köçürmələri azalıb
Mənşə sertifikatları ilə bağlı müraciətlər qəbulu qaydası dəyişir














.jpg)





.jpg)


