İyulun 1-dən nazirliyin mütəxəssisləri monitorinqlər keçirəcək -Restoranların nəzərinə!
ETSN iyulun 1-dən restoran və şadlıq saraylarında növbəti monitorinq keçirəcəkHavaya normadan artıq tullantı atan və atmosferi kanserogen maddələrlə çirkləndirən ictimai-iaşə obyektlərinə, restoran və şadlıq saraylarının istismarçılarına dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, aparılan monitorinqlərin nəticələri göstərir ki, bir sıra iaşə obyektlərində analoji hallara hələ də rast gəlinir.
Marja xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. Onun sözlərinə görə, ictimai-iaşə obyektlərindən, restoran və şadlıq saraylarından havaya normadan artıq tullantı atanlar barəsində inzibati tənbeh tədbirlərinin görülməsi məqsədilə iyulun 1-dən etibarən nazirliyin mütəxəssisləri tərəfindən növbəti monitorinqlər keçiriləcək, nəticəsi neqativ olan subyektlərə qarşı qanunamüvafiq tədbirlər görüləcək:
"Bu səbəbdən istismarçıların diqqətinə çatdırırıq ki, obyektlərindəki təmizləyici qurğulara texniki xidmət göstərilməsi işlərini vaxtında tamamlasınlar, havaya normadan artıq tullantı atılmasına yol verməsinlər”.
Nazirlik rəsmisi qeyd edib ki, mövcud pozuntuları aradan qaldırmaları və təmizləyici qurğulara texniki xidmət göstərmələri üçün istismarçılara iyulun 1-dək vaxt verilir:
“Qanunvericiliyə uyğun olaraq, havaya normadan artıq atılmaların müəyyən ediləcəyi təqdirdə iaşə obyektlərinin istismarçıları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsinin tələblərinə əsasən cərimə ediləcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur














.jpg)






