"Erməni hərbçisinin Azərbaycanın atəşkəsi pozması nəticəsində yaralanması yalandır" - AÇIQLAMA
"Atışma Ermənistan hərbçilərinin öz aralarında baş verib"
"Mayın 28-də Ermənistan mətbuatında Azərbaycan-Ermənistan dövlət sərhədində guya Azərbaycan tərəfinin atəşkəsi pozması nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusunun ağır yaralanması barədə məlumatlar yayılıb".
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
"Bununla əlqədar rəsmi olaraq bildiririk ki, bu məlumatlar həqiqətə uyğun deyil və reallığı əks etdirmir.
Ermənistan hərbi qulluqçusunun yaralandığı ərazinin (ER-nın Sünik vilayətinin Nerkin And kəndi) qarşısında (Zəngilan rayonunun Razdərə kəndi) dövlət sərhədinin müdafiəsi və mühafizəsini həyata keçirən bölmələrimiz tərəfindən həmin gün ərzində ER ərazisi istiqamətində ümumiyyətlə atəş açılmayıb.
Eyni zamanda bölmələrimiz tərəfindən həyata keçirilən müşahidələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bölməsinin dislokasiya yerində hərbçilərin içkili vəziyyətdə intizamsızlıq etmələri, saat 10:37 radələrində isə çadırın içərisində 1 ədəd, 8 dəqiqə sonra – saat 10:45-də isə daha 2 ədəd atəş səslərinin eşidilməsi, bir qədər sonra isə xərəkdə 1 nəfərin çadırdan çıxarılaraq təxliyə edilməsi qeydə alınıb.
Həmin vaxt həyata keçirilən müşahidə, foto-video və digər materialların təhlili hadisənin Ermənistan hərbçilərinin öz aralarında baş verdiyini göstərir.
Ermənistan tərəfinə bu cür təxribat xarakterli üsullara əl ataraq Silahlı Qüvvələrində ölümlə nəticələnən intizamsızlıq hadisələrini gizlətmək əvəzinə ictimaiyyətə doğru məlumat verməyi tövsiyə edirik", - məlumatda qeyd olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
5 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR
-
1 saat əvvəl
Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 13 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Birgə Biznes Şurası yaradılıb
- 18 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub

Azərbaycan neftinin son qiyməti

Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI

Rəsmi məzənnələr açıqlandı

FED faiz qərarını açıqladı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Almaniya bankı qızılın daha da bahalaşacağı barədə proqnoz verdi

Microsoft Böyük Britaniyaya 30 milyard dollarlıq sərmayə yatıracaq

“Coca-Cola”nın musiqili yay kampaniyası başa çatıb
