“Technovate Mələk İnvestorlar Klubu” və “SABAH.lab” anlaşdı
Startaplara yatırım etməyə maraqlı potensial investorlara düzgün investisiya strategiyası çatdırılması məqsədilə kurslar və təlimlər təşkil olunacaq.Mələk investorları bir araya gətirən “Technovate Mələk İnvestorlar Klubu” ilə “SABAH.lab” Akselerasiya Mərkəzi arasında Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Tərəflər olaraq “SABAH.lab” Akselerasiya Mərkəzinin Baş icraçı direktoru Rəhim Bayramlı və “Technovate Mələk İnvestorlar Klubu”nun rəhbəri Orxan Bağırov çıxış ediblər.
Əməkdaşlığın ilk addımı kimi sözügedən klubun adının “Technovate-Sabah Mələk İnvestorlar Klubu” olaraq dəyişdirilməsinə qərar verilib.
Qeyd edək ki, “SABAH.lab” Azərbaycan Respublikası Təhsil Nazirliyi və ARTİ-nin birgə təşəbbüsü ilə yaradılan və fəaliyyət göstərən startap akselerasiya mərkəzidir.
Mərkəzin əsas məqsədi ölkədə dayanıqlı startap ekosistemi yaradaraq iqtisadi inkişafa töhfə verməkdir. Bu məqsədi gerçəkləşdirmək üçün “SABAH.lab” hal-hazırda 2 akselerasiya proqramı həyata keçirir və 21 rezident komanda bu proqramların üzvüdür.
Technovate Mələk İnvestorlar Klubu isə yerli investorları bir araya gətirərək investorlar şəbəkəsini genişləndirmək məqsədilə təsis edilib. Buraya 10.000-50.000 ABŞ Dolları arası yatırım etməyə hazır olan investorlar cəlb olunur və əsasən yerli startaplar ilkin mərhələlərdə yatırım etmək imkanı əldə edirlər.
Qeyd edək ki, “Technovate Mələk İnvestorlar Klubu”nun digər həmtəsisçisi Fərid İsmayılzadədir.
Fərid İsmayılzadə həm də “Golden Pay” və “Hesab.az” startaplarının qurucusudur.
“SABAH.lab”ın əsas məqsədlərindən biri regionun başlıca innovasiya mərkəzinə çevrilmək olduğundan nəzərdə tutulan əməkdaşlıq bu məqsədin gerçəkləşməsi üçün önəmli bir addımdır. Tərəfdaşlıq əsasında qarşılıqlı şəkildə resurs və bilik mübadiləsi təmin olunacaq. Qeyd edək ki, klubun əsas missiyası yerli investorları yerli startaplara düzgün şəkildə cəlb etməkdir. Beləliklə, həm startaplar ilkin mərhələlərində daha da inkişaf etmək imkanlarını artıracaq, həm də investorlar ilkin mərhələdə startaplara yatırım etmək şansı əldə edəcək. Buna görə də yatırım etməyə maraqlı potensial investorlara düzgün investisiya strategiyası çatdırılması məqsədilə kurslar və təlimlər təşkil olunması nəzərdə tutulub. Nəticədə yatırım etmək istəyən investorların riskləri azalmış olacaq. Digər addımlar isə Azərbaycanda vençur ekosisteminin təmin olunması və inkişaf etdirilməsi ilə bağlı birgə əməkdaşlıq işləri, Bakıda və regionda ekosistemin inkişafı, təbliğini özündə əks etdirən birgə tədbirlərin təşkilidir. Bu tədbirlər investorlar şəbəkəsinin genişlənməsini və yerli startapların imkanlarını daha da artıracaq.
Bu klubun üzvü olmaq və ilkin mərhələdə olan startaplara yatırım etmək şansı əldə etmək istəyirsinizsə, http://technovate-sabah-angels.com saytı vasitəsilə qeydiyyatdan keçməyə tələsin. Son müraciət tarixi 31 may 2022-ci ildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
36 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
- 52 d. əvvəl
-
1 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
1 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
-
2 saat əvvəl
ABB-nin son açıqlamasından sonra "DavrBank"ın beynəlxalq reytinqi yüksəldi
-
3 saat əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Ən çox oxunanlar
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
Rəsmi məzənnələr açıqlandı
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb







.jpg)



.jpg)









