Dünyanın ən qədim bankı dövlətləşdirilir
Dünyanın ən qədim bankı Monte Paschi-nin hökumətdən istədiyi yardımın qəbul edilməsilə İtaliyada 1930-cu ildən bu yana görülən ən böyük milliləşdirmə prosesi başlayıb.
İtaliya hökuməti Monte Paschi-nin ehtiyat kapital artırımı ilə dövlət yardımı tələbini bu gün səhər erkən saatlarda qəbul edib. Romada mətbuat konfransında danışan maliyyə naziri Pier Karlo Padoan, "Monte Paschi-nin kapital tələbi zəmanət altındadır" deyib. O, bankın əmanətçilərini və əməkdaşlarını arxayın olmağa çağırıb. İtaliya iqtisadiyyatının dəstəkləməyə davam ediləcəyi bildirilib.
YARDIM MİQDARI DƏQİQ DEYİL
Maliyyə naziri Padoan, Məclisdən razılığını aldıqları 20 milyard avronun nə qədərinin Monte Paschi-ni xilas etmək üçün istifadə ediləcəyini deməyib.
SADƏCƏ MONTE PASCHI DEYİL
Digər tərəfdən sözügedən 20 milyard avroya digər İtaliya banklarının da ehtiyacı ola biləcəyi ifadə edilir. Padoan, "Digər bankların yardımı tələb edib etməyəcəyini görəcəyik" deyib. Bank dairələrində, Monte Paschi-dən sonra, Veneto Banca SpA və Banca Popolare di Vicenza-nın da xilasetmə paketinə daxil ediləcəyi danışılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 33 d. əvvəl
-
39 d. əvvəl
"Belə gedərsə, biz bəlkə də ilin sonuna qədər 1 milyard rəqəminə də çatacağıq"
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
-
1 saat əvvəl
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
-
1 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rabitəbank” qanunları pozub, barəsində icrası məcburi sərəncam verilib
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Unibank IV Vergi və Mühasibatlıq Zirvəsinə dəstək verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Invest-AZ” BDU-nun Qazax filialında seminar keçirib
Maydan Bakı–Belqrad–Bakı marşrutu üzrə uçuşlar başlayır - AZAL və “Air Serbia” tərəfdaşlığına başlayıb
Ən çox oxunanlar
Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Azərkosmos-dan 2 ayda 3 milyon dollarlıq ixrac
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"PAŞA Bank"ın səhmlərini almaq istəyənlərin nəzərinə - 13 Apreldə abunə yazılışı başlayır























