Türkiyənin xarici ticarət kəsiri 32,5 milyard dollara yüksəlib
Türkiyənin Ticarət naziri Mehmet Muş aprel ayı xarici ticarət məlumatlarını açıqlayıb. Məlumata görə, aprel ayında xarici ticarət kəsiri bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 98% artaraq 6,1 milyard dollar olub. Yanvar-aprel dövründə xarici ticarət kəsiri 32,5 milyard dollara yüksəlib.
Aprel ayında Türkiyənin ixracı ötən ilin eyni ayı ilə müqayisədə 24,6% artaraq 23,4 milyard dollar təşkil edib.
Marja xəbər verir ki, aprel ayında ölkənin idxalı isə 35% artaraq 29,5 milyard dollar olub. Xarici ticarət kəsiri aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə 98% artaraq 6,1 milyard dollar olaraq qeydə alınıb.
Ticarət naziri Mehmet Muşun açıqladığı məlumatlara görə, aprel ayında xarici ticarət həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 30,1% artaraq 52,8 milyard dollara çatıb.
Enerji maddəsi 7,7 milyard dollarlıq payla idxalda əhəmiyyətli yer tutmağa davam edib. Enerji istisna olmaqla, ixracın idxala nisbəti 100 faizi ötüb.
Yanvar-aprel dövründə kəsir 32,5 milyard dollar təşkil edib
Yanvar-aprel dövrünə baxıldığında ixrac 21,7% artaraq 83,57 milyard dollara yüksəlib. Eyni dövrdə idxal 40,1% artaraq 116,1 milyard dollar olub. Eyni dövrdə xarici ticarət kəsiri 129,7 faiz artaraq 32,5 milyard dollara çatıb.
Almaniya aprel ayında ixracda birinci olub
Aprel ayında ən çox məhsul ixrac edən ölkə 21% artımla (2 milyard dollarlıq ixrac) Almaniya olub. Almaniyanın ardınca 1,78 milyard dollarla ABŞ və 1,17 milyard dollarla Böyük Britaniya gəlir.
Aprel ayında ən çox məhsl idxal edilən ölkələr; Rusiyadan 151,9% artaraq 5,5 milyard dollara, Çindən 37,3% artaraq 3,29 milyard dollara, yüksəlib, Almaniyadan 5,6% azalaraq 2 milyard dollara düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 18 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 26 d. əvvəl
-
1 saat əvvəl
“PAŞA Holding”in təşkilatçılığı ilə "INMerge" İnvestisiya Forumu keçirilib
-
1 gün əvvəl
"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir
-
1 gün əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
1 gün əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
1 gün əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

OPEC+ neft hasilatını daha daartırmağa hazırlaşır

Rəsmi məzənnələr açıqlandı

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək

Sentyabrın 28-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
