“AFB Bank” maliyyə vəziyyətini açıqlayıb
“AFB Bank” ASC 2022-ci ilin 1-ci rübünü 1 milyon 854 min manat xalis mənfəət ilə başa vurub.
Marja.az xəbər verir ki, “AFB Bank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-fai gəlirləri) 2022-ci ilin yanvar-mart dövründə 6 milyon 187 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 4 milyon 164 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 2 milyon 23 min manat təşkil edib. Bank mümkün zərərlər mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 169 min manat ayırdığından ilk rübü 1 milyon 854 min manat xalis mənfəət ilə bağlayıb. AFB Bank 2021-ci ilin eyni dövrünü 4 milyon 425 min manat xalis mənfəət ilə bağlamışdı. Yüksək mənfəətin əsas səbəbi ehtiyatlardan azad olmuş 1 milyon 428 min manat idi.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
31 Mart 2022-ci il tarixində “AFB Bank” 264 milyon 80 min manat cəmi aktivlərə malik olub, o cümlədən aktivlərin 146 milyon 247 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2021-ci ilin sonundan cari ilin ilk rübünün sonunadək olan müddətdə Bankın kredit portfeli 3 milyon 459 min manat artıb.
İlk rübdə “AFB Bank”da fiziki şəxslərin depozitləri 916 min manat artaraq 27 milyon 239 min manata çatıb. Eyni tarixdə, Bankın cəmi depozit portfeli isə 104 milyon 300 min manat təşkil edib.
31 Mart 2022-ci il tarixində “AFB Bank” 81 milyon 988 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti







.jpg)






.jpg)






