Rusiya MDB və Afrika ölkələrinə balıq məhsullarının ixracını artırmağı hədəfləyir
Rusiyadan ən çox balıq və balıq məhsulları idxal edən Cənubi Koreya və Yaponiya ölkəyə sanksiyalar tətbiq edib. Ruiya Ticarət və Sənaye Palatasının rəhbəri hesab edir ki, Rusiya Aİİ, MDB və Afrika ölkələrinə balıq məhsullarının ixracını artıra bilir
Rusiya Federasiyasının Ticarət və Sənaye Palatasının (SPA) rəhbəri Sergey Katırin hesab edir ki, ölkə yeni istiqamətlər inkişaf etdirməklə balıqçılıq məhsullarının ixracını artıra bilir. Onların arasında o, Avrasiya İqtisadi İttifaqı (Aİİ), MDB, Afrika, Latın Amerikası və Yaxın Şərq ölkələrinin adını çəkib.
"Rusiya Federasiyasının Ticarət və Sənaye Palatası tərəfindən malların mənşə sertifikatlarının verilməsinin təhlili göstərir ki, Cənub-Şərqi Asiya ölkələri, o cümlədən Cənubi Koreya və Yaponiya yerli balıq məhsullarının əsas idxalçıları olaraq qalır. Bu ölkələr Rusiyadan idxala məhdudiyyətlər tətbiq ediblər. Eyni zamanda, ölkəmiz balıq ixracının həcmini nəinki saxlamaq, hətta onu artırmaq iqtidarındadır”, - Katırin TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, indiki şəraitdə balıq məhsullarının ixracı üçün yeni istiqamətlər müəyyən lazımdır. O qeyd edib ki, perspektivli sahələrdən biri Aİİ və MDB ölkələridir.
"Lakin burada nəqliyyat xərclərini nəzərə almaq lazımdır ki, bu da dövlət subsidiyaları hesabına azaldıla bilər. Həmçinin, prioritetlərdən biri təchizat zəncirlərinin qurulması məsələsidir. Eyni zamanda, balıq məhsullarının ixracı statistikası müsbət tendensiya göstərir. MDB ölkələri dinamik inkişaf edir. Belə ki, 2021-ci ildə Özbəkistana tədarük əvvəlki illə müqayisədə 89%, Tacikistana 59%, Qazaxıstana 18% artıb”, - Katırin bildirib.
Onun sözlərinə görə, ixrac üçün digər potensial perspektivli regionlar Afrika və Latın Amerikası ölkələridir. İqlim amili nəzərə alınmaqla ən optimal tədarük variantı “balıq konservlərinin tədarükünün genişləndirilməsidir, logistika baxımından bu ölkələrdə balıq ticarəti evlərinin açılması ən məqsədəuyğundur”.
"Biz mütləq Yaxın Şərqə diqqət yetirməliyik - region ölkələrində hazır balıq məhsullarına, xüsusilə də balıq kürüsünə tələbat davamlı olaraq artır. Yerli mətbəx, xüsusilə də Körfəz ölkələrində əksər hallarda dəniz məhsullarına əsaslanır. Tələbin artmasına pərakəndə satış şəbəkələrinin inkişafı da təsir edir. Bir çox ölkələrdə istehlakçıların geniş çeşiddə balıq məhsulları ala biləcəyi ixtisaslaşdırılmış mağazalar açılır”, - Katırin əlavə edib.
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“McDonald’s Azərbaycan” ət tədarükçüsü olan “Azprotein Foods Group”un istehsalat müəssisəsinə media tur təşkil edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 22 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
30 d. əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 50 d. əvvəl
-
1 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazlar ticarətə buraxılır - HƏRRAC TARİXİ
-
3 saat əvvəl
"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb
Ən çox oxunanlar

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
