IKEA Rusiya və Belarusdakı fəaliyyətini dayandırıb
Şirkət Ukraynadakı müharibə səbəbindən qaçmaq məcburiyyətində qalanlara kömək üçün 41 milyon dollardan çox ianə verəcək.İsveçin IKEA mebel konserni Rusiya və Belarusda fəaliyyətini dayandırıb.
Marja xəbər verir ki, bu barədə şirkətin cümə axşamı dərc olunmuş press-relizində deyilir.
"IKEA Rusiya və Belarusdakı fəaliyyətini dayandırır. Bundan əlavə, IKEA və IKEA Fondu Ukraynadakı müharibə səbəbindən qaçmağa məcbur olanlara kömək üçün 400 milyon SEK-dən çox (41 milyon dollardan çox) ianə edir", - press-relizində bildirilir.
Şirkət həmçinin qeyd edir ki, vəziyyət bölgədəki tədarük zəncirinə və əməliyyatlara mənfi təsir edib.
"Bu o deməkdir ki, İnter IKEA konserni Rusiya və Belarusiyaya bütün ixracı və bu ölkələrdən idxalı dayandırır. "Inter IKEA" "IKEA Industry"nin Rusiya Federasiyasında apardığı bütün istehsalı dayandırır. Bu həm də o deməkdir ki, bütün Rusiya subpodratçılarımızdan "IKEA Industry"ə bütün tədarüklər, obyektlərin fəaliyyəti dayandırılıb”, - deyə press-relizdə bildirilib.
Məlumatda qeyd olunur ki, "Ingka Group" Rusiyadakı IKEA mağazalarını da bağlayacaq.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
8 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"



















