ABB və Azercell “ƏDV geri al” xidmətini daha da asanlaşdırdı
(®) ABB tərəfdaşları ilə imkanları birləşdirib müştərilərin işini daha da asanlaşdırır.
Bank bu istiqamətdə inteqrasiya tədbirlərini davam etdirir. Növbəti belə layihələrdən biri Azercell şirkəti ilə həyata keçirilib. ABB-nin xidmət həllərinin bu şirkətin platformasına inteqrasiyası sayəsində istifadəçilər indi “ƏDV geri al” xidmətindən Azercell-in “Kabinetim” tətbiqində də istifadə edə bilərlər. Bunun üçün sadəcə tətbiqin müvafiq bölməsində alış-veriş qəbzi üzərindəki QR kodu oxutmaq lazımdır. ƏDV məbləğləri həm “Kabinetim” tətbiqində, həm də ABB mobile-da görünür. Bununla müştərilər daha bir üstünlük qazanırlar. “Kabinetim” istifadəçiləri yeni xidmətdən faydalanaraq ƏDV balansını dərhal Azercell nömrəsinin balansına köçürməklə, bu mobil tətbiqin təklif etdiyi bütün ödənişli xidmətlərdən yararlana bilərlər. Bu cür inteqrasiya layihələri ilə ABB öz tərəfdaşlarına da yeni imkanlar yaratmış olur.
Qeyd edək ki, “ƏDV geri al” Azərbaycanda pərakəndə ticarət və ya iaşə müəssisələrindən əldə edilmiş mallara görə ödənilmiş ƏDV-nin müəyyən hissəsinin müştəriyə geri qaytarılması xidmətidir. Nağdsız qaydada ödənilmiş ƏDV-nin 15%-i, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10%-i geri qayıdır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 10 d. əvvəl
-
- 26 d. əvvəl
-
28 d. əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
2 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
Müharibənin ABŞ üçün xərci hesablanıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti






















