Azercell abunəçiləri Ukraynadakı yaxınlarına pulsuz zəng etməyə davam edəcəklər!
Lider mobil operator Azərbaycandan Ukrayna istiqamətində tətbiq etdiyi pulsuz zənglərin müddətini martın 6-na qədər uzatdı!(®) Azercell Ukraynadakı vəziyyətlə əlaqədar abunəçilərinə dəstəyini davam etdirir. Belə ki, lider mobil operator hazırda Ukrayna ərazisində olan Azərbaycan vətəndaşları, həmçinin vətəndaşlarımızın bu ölkədə yaşayan doğmaları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə Azərbaycandan-Ukrayna istiqamətində tətbiq etdiyi ödənişsiz telefon zənglərinin müddətini mart ayının 6-dək (06.03.2022 tarixi daxil) uzatdı. Bu imkan bütün Azercell abunəçiləri üçün təqdim olunub.
Ukrayna istiqamətində mobil rabitə xəttlərində mümkün yüklənmə riskinin və pulsuz bağlantıdan sui-istifadə hallarının qarşısının alınması məqsədilə mobil operator öz abunəçilərdən qeyd edilən güzəştli zəngləri 3 dəqiqə civarında saxlamağı xahiş edir.
Xatırladaq ki, Azərbaycandan Ukraynaya ödənişsiz zəng imkanı şirkət tərəfindən fevral ayının 27-dən etibarən tətbiq olunub. Azercell daha öncə Ukraynada olan abunəçilərinin balansına 50 azn həcmində vəsait yükləyib. Abunəçilərini diqqət mərkəzində saxlayan mobil operator onlara daima ünsiyyət və əlaqədə qalmaq üçün imkanlar yaradır. Bundan əlavə, şirkətin xidmət mərkəzləri 7/24 abunəçilərin xidmətindədir: Çağrı Mərkəzi (ümumi əlaqə nömrəsi *1111, fakturasız xətt abunəçiləri üçün (012) 490 49 49, fakturalı xətt abunəçiləri üçün (012) 490 52 52); Online Dəstək xidməti; “Kabinetim” tətbiqi: https://www.azercell.com/az/personal/digital-solutions/kabinetim.html
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 14 d. əvvəl
-
- 30 d. əvvəl
-
32 d. əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
3 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
Müharibənin ABŞ üçün xərci hesablanıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti




















