Ən yuxarı (mobil)-2_30

Maliyyə Nazirliyi 60 milyon manat cəlb etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə Nazirliyi 60 milyon manat cəlb etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

1 mart 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106008946 ISIN-li, 60 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Reklam_3_11

Birjanın yaydığı məlumata görə, hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 88.4211(8.4500%) və 98.7893 (4.4354%) olan 20 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.6113(4.500%), orta ölçülmüş qiyməti 98.6553(4.4840%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 209 milyon 776 min 200  manat yerləşdirilmiş, həcmi isə 60 milyon manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 25 fevral 2025-ci  ildir.

Hərrac iştirakçıları 2 mart 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hHərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

01.03.2022 17:16
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22

SON XƏBƏRLƏR

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18

SON XƏBƏRLƏR