Rusiya Müdafiə Nazirliyi: Kiyevin bütün sakinləri şəhəri sərbəst tərk edə bilər
Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, mülki şəxslər təhlükəsiz marşrut ilə şəhəri sərbəst tərk edə bilərlər. Kiyev meri Vitali Kliçko dünən bildirib ki, Ukrayna paytaxtından bütün çıxışlar bağlanıb.Marja xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, Kiyevin mülki əhalisi Kiyev-Vasilkov magistral yolu ilə şəhəri sərbəst tərk edə bilərlər.
"Bu istiqamət açıq və təhlükəsizdir", o deyib.
Bazar günü Ukrayna paytaxtının meri Vitali Kliçko "Associated Press" agentliyinə bildirib ki, şəhərdən bütün çıxışlar bağlanıb, ərzaq və dərmanların çatdırılması üçün infrastruktur dağıdılıb. "Biz humanitar fəlakətin astanasındayıq", - o bildirmişdi.
Lakin daha sonra Vitali Kliçko, “cəfəngiyyata inanmamağa” çağırdığı videomüraciətini yayaraq Kiyevin mühasirəyə alınması ilə bağlı sözlərini dərc edən medianı informasiya müharibəsində iştirakda günahlandırmışdı.
Konaşenkov Rusiya ordusunun Ukrayna üzərində hava üstünlüyünü əldə etdiyini də açıqlayıb. Onun sözlərinə görə, əməliyyat başlayandan Rusiya Silahlı Qüvvələri Ukraynanın 1114 hərbi infrastruktur obyektini vurub.
Fevralın 24-dən etibarən Ukraynanın “demilitarizasiyası və deazifikasiyası” adı ilə Rusiyanın mühribəsi davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)









