“Beynəlxalq daşımalar üzrə sürücü” peşəsi üzrə hazırlıq kursuna müraciətlər qəbul edilir
Onların iş ilə təmin olunmasına dəstək göstəriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işsiz və işaxtaran şəxslərə əmək bazarının tələblərinə uyğun peşələrin tədrisini və müxtəlif idarə və təşkilatlarla əməkdaşlıq çərçivəsində həmin şəxslərin iş ilə təmin edilmələrinə dəstək tədbirlərini davam etdirir.
“Peşə öyrən, işsiz qalma” devizi ilə işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının artırılması məqsədilə “beynəlxalq daşımalar üzrə sürücü” peşəsi üzrə təlim kursu keçiriləcək.
Kursa müraciət edən şəxslər ilk olaraq peşə bacarıqlarının müəyyən olunması məqsədilə müsahibəyə cəlb olunacaq, daha sonra isə uyğun namizədlərin kurs üçün qeydiyyatı aparılacaq. Peşə hazırlığı kursunu uğurla bitirən müdavimlərə beynəlxalq daşımalar üzrə müvafiq sertifikat təqdim ediləcək və onların iş ilə təmin olunmasına dəstək göstəriləcək.
Peşə hazırlığı kursunun təşkili zamanı Vətən müharibəsi iştirakçıları və şəhid ailəsinin üzvləri üstün hüquqa malikdirlər.
“Beynəlxalq daşımalar üzrə sürücü” peşəsi üzrə hazırlıq kursunda iştirak etmək istəyən və “E” kateqoriyalı sürücülük vəsiqəsi olan işsiz şəxslər Bakı şəhəri üzrə “DOST” Mərkəzlərinə, bölgələr üzrə Ərazi Məşğulluq filiallarına yaxınlaşmaqla və ya https://dma.gov.az/vetendaslar-ucun-muraciet-formasi müraciət linkini doldurmaqla (Yük daşıma mütəxəssisi peşəsini seçərək) qeydiyyatdan keçə bilərlər.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 29 d. əvvəl
-
- 37 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
18 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
18 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 18 saat əvvəl
-
19 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 19 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycanda Anım Günüdür

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti
