Bütün enerji içkilərinin laborator analizləri həyata keçiriləcək - MONİTORİNQLƏR BAŞLADI
Pozuntular aşkar olunmuş sahibkarlıq subyektləri barədə müvafiq tədbirlər görüləcək, həmçinin məhsullar əmtəə nişanı adları göstərməklə geniş ictimaiyyətə təqdim olunacaq.
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istehlak bazarında enerji içkisi adı altında istehlakçılara təqdim olunan alkoqolsuz içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqlərə başlanıb.
Agentlikdən verilən məlumata görə, bu məqsədlə ölkəmizdə istehsal olunan və idxal edilən bütün növ enerji içkilərindən nümunələr götürülərək laborator analizləri həyata keçiriləcək.
Həmçinin monitorinqlər zamanı enerji içkisi olmadığı halda, üzərində istehlakçılarda enerji içkisi olduğuna dair yanlış təəssürat yaratmaqla istehlakçı hüquqlarını kobud şəkildə pozan və digər bu kimi qanunazidd hallarla bağlı araşdırmalar həyata keçiriləcək.
Aparılan monitorinqlər nəticəsində fəaliyyətində pozuntular aşkar olunmuş sahibkarlıq subyektləri barədə müvafiq tədbirlər görüləcək, həmçinin məhsullar əmtəə nişanı adları göstərməklə geniş ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, ötən il AQTA tərəfindən 30 nümunə üzərində aparılmış müayinələr nəticəsində 5 nümunənin enerji içkisi olduğu, onlardan yalnız 1-nin etiketlənməsinin qaydalara uyğun olduğu, digər 4-nün isə uyğun olmadığı aşkar olunub. Həm etiket məlumatlarının ekspertizası, həm də tərkib analizi nəticəsində qalan 25 nümunənin isə enerji içkisi olmadığı müəyyən edilib.
Məlumat üçün bildirək ki, 2020-ci il yanvarın 1-dən ölkəmizdə “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” qüvvəyə minib. AQTA tərəfindən hazırlanan yeni qaydalar bu məhsulların minimum keyfiyyət göstəriciləri və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qablaşdırılması, etiketlənməsi, daşınması və saxlanmasına, həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir. Bununla bağlı Agentlik tərəfindən mütəmadi olaraq monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirilir.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
19 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 22 d. əvvəl
-
-
22 d. əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
55 d. əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
1 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
-
1 saat əvvəl
"Müştəri gediş qiymətini operator proqramı vasitəsilə müəyyənləşdirə bilər"
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ramada brendinin Gəncədəki yeganə oteli fəaliyyətini yenidən bərpa edir
Son Xəbərlər

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Bank 96 ədəd RAM alır

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti

BVF: Qlobal borcun dünya ÜDM-nə nisbəti 235%-i keçib

Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
