Hesab.az yeni ayın ödənişlərinə 2-qat Koin qazandırır!
(®) Ölkənin ilk onlayn xidmətlər platforması, Goldenpay/Hesab.az, istifadəçilərinin yeni aya qazancla başlamaları üçün sərfəli kampaniyaya start verib.
Belə ki, 1-14 Fevral tarixlərində həm Koin, həm də Bonus istifadəçiləri Hesab.az-da hər ödəniş zamanı daha çox Hesab Koin əldə edəcəklər.
Kampaniya şərtlərinə əsasən, Hesab.az tətbiqi və saytı üzərindən kommunal, kabel TV, internet, stasionar telefon ödənişlərini edən Koin istifadəçilərinə 2-QAT Hesab Koinlər, Bonus toplayan istifadəçilərə isə bonusdan əlavə Hesab Koin hədiyyə olunacaq. Qeyd edək ki, kampaniyada qazanmaq üçün ödənişlərdə məbləğ limiti və iştirak sayı limiti mövcud deyil. Kampaniyada yalnız Qazananlar Klubu loyallıq proqramına üzv olan istifadəçilər iştirak edəcək. Daha ətraflı: link
Məlumat üçün bildirək ki, Hesab.az-ın təqdim etdiyi loyallıq proqramı - “Qazananlar Klubu” bütün istifadəçilərə ödəniş qarşılığında Hesab Koin və ya Bonus toplamaq fürsəti verir. Hesab Koinlər və Bonuslarla “Dərhal Dəyiş” bölməsində hədiyyələr və endirimlərdən yararlanmaq mümkündür. İstifadəçilər Hesab Koinləri, həmçinin, AZN-ə dəyişməklə ödənişlər zamanı da istifadə edə bilirlər. Əlavə olaraq, istifadəçilərə bir loyallıq proqramından digərinə keçid imkanı da təqdim edilir. Bu zaman istifadəçilərin toplamış olduqları Hesab Koinlər və ya Bonuslar dəyişməz olaraq qalır və “Dərhal Dəyiş” bölməsində istifadə edilə bilir.
GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti və kampaniya haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın rəsmi sosial media səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
8 d. əvvəl
BOKT “Qafqaz-Kredit” 2025-ci ili zərərlə başa vurub — kredit portfeli azalıb
-
-
16 d. əvvəl
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
- 51 d. əvvəl
-
1 saat əvvəl
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İSB Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna üzv qəbul olunub
-
3 saat əvvəl
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Ən çox oxunanlar
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb
“Prior Kredit BOKT”un xalis mənfəəti 15% artıb
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
“Korgöz-Tikinti-Material”nın zərəri azalıb


























