“Bank Avrasiya”nın əməliyyat mənfəəti artıb
“Bank Avrasiya” ASC 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, “Bank Avrasiya”2021-ci ili 793 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 1 milyon 226 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Bank Avrasiya”nın xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 35,4% və ya 433,5 min manat azalıb. Xalis mənfəətin azalması mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmanın artması ilə əlaqədardır. Ötən il, “Bank Avrasiya” nın gəlirləri və əməliyyat mənfəəti artıb.
“Bank Avrasiya”nın 2021-ci ildə faiz gəlirləri 2020-ci illə müqayisədə 759 min manat və ya 6,9% artaraq 11 milyon 716 min manat, qeyri-faiz gəlirləri isə 726 min manat və ya 47,9% artaraq 2 milyon 242 min manat təşkil edib.
Gəlirləri artması ilə əlaqədar olaraq ötən il Bankın əməliyyat mənfəəti 556 min manat və ya 10% artaraq 6 milyon 105 min manat təşkil edib. 2020-ci ildə Bankın əməliyyat mənfəəti 5 milyon 550 min manat təşkil etmişdi.
Ötən il “Bank Avrasiya”nın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığı vəsait 1 milyon 98 min manat və ya 27,5% artaraq 5 milyon 90 min manat təşkil edib. Bank 2020-ci ildə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 3 milyon 992 min manat ayırmışdı. Ehtiyatlara ayırmanın artması ilə əlaqədar olaraq “Bank Avrasiya” nın xalis mənfəəti düşüb.
Xəbər yenilənəcək...
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır


















.jpg)






