"Bank of America": 2022-ci ildə Türkiyədə orta inflyasiya 52,6% olacaq
"Bank of America" türk lirəsinin ucuzlaşmasının kredit genişlənməsi ilə bağlı olacağını bildirib. Həmçinin Bank valyuta ilə qorunan türk lirəsi əmanətlərinin maliyyə cəhətdən dayanıqlı olmadığını vurğulayıb.
"Bank of America" (BofA), dərc etdiyi araşdırma hesabatında Türkiyədə inflyasiyanın 2022-ci ildə orta hesabla 52,6%, ilin sonunda isə 40% olacağını qeyd edib.
Marja xəbər verir ki, inflyasiyanın azaldılması üçün xərcləri azaldacaq fiskal tədbirlər və ƏDV endirimlərinin ola biləcəyini ifadə edən BofA, bu cür tədbirlərin məzənnədən asılı olan qiymətlərə məhdud təsir göstərəcəyini və maliyyə yükü yaradacağını vurğulayıb.
Artan məzənnə və inflyasiya səbəbindən real sektorun maliyyə ehtiyaclarının əhəmiyyətli dərəcədə artdığına diqqət çəkən Bank, Mərkəzi Bankın faizinin aşağı düşməsinə baxmayaraq banklarda faiz dərəcələrinin artdığına diqqət çəkib.
“Valyuta ilə qorunan əmanətlər maliyyə cəhətdən dayanıqlı deyil”
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının birbaşa valyuta müdaxiləsi ilə cəmi 7,3 milyard dollarlıq satış həyata keçirdiyini bildirən BofA, açıqlanan valyuta ilə qorunan türk lirəsi əmanətlərinin ehtiyac yaranarsa daha çox ehtiyatın istifadə oluna biləcəyini qeyd edib.
BofA valyuta ilə qorunan türk lirəsi əmanətlərinin mənfi real faiz dərəcələrindən doğan problemləri həll edə bilməyəcəyini və maliyyə cəhətdən dayanıqlı olmadığını vurğulayıb.
Türk lirəsindəki likvidlik çətinliyinin kredit zəmanət fondu və dövlət banklarına sərmayə qoyuluşları ilə həll edilə biləcəyini qeyd edən BofA bunun türk lirəsinin dəyər itirməsini artıra biləcəyini vurğulayıb.
“Türk lirəsinin ucuzlaşması kredit genişlənməsi ilə bağlıdır”
Real sektora verilən kreditlərin ikinci dərəcəli təsirlərinə nəzarət etməyin çətin olacağını bildirən Bank, türk lirəsinin bu səbəbdən dəyər itirməyə davam edəcəyini düşündüklərini, lakin bunun sürəti kreditin genişləndirilməsinin vaxtından və məbləğindən asılıdır.
Yüksək enerji qiymətləri nəzərə alınaraq, tələbi azaltmadan Türkiyənin cari balansının müsbətə çevrilməsi mümkün deyil. BofA-ya görə, siyasətçilərin kredit genişlənməsi yolu ilə yüksək iqtisadi artım sürətinə çatma hədəfi cari kəsiri artıra və Dollar/TL məzənnəsinə yuxarı istiqamətdə təzyiq yarada bilər.
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 d. əvvəl
-
-
15 d. əvvəl
Azərbaycan daha bir beynəlxalq vençur fondu ilə danışıqlar aparır
- 17 d. əvvəl
- 24 d. əvvəl
- 31 d. əvvəl
-
39 d. əvvəl
OpenAI-nin gəlirləri ilin ilk yarısında 16% artaraq 4,3 milyard dollara çatıb
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sumqayıtda yığılan ilk elektrik avtobusu “BakuBus”a təqdim olunub
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Müəllimlər üçün KOMİSSİYASIZ KREDİT

İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI

Qızıl 1-ci, pomidor 2-ci, pambıq lifi 3-cü olub

Sumqayıtda yığılan ilk elektrik avtobusu “BakuBus”a təqdim olunub

"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir
Ən çox oxunanlar

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

ABŞ-ın qızıl ehtiyatları 1 trilyon dolları aşıb

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
