"Ekspress-C" şirkəti 1 milyon manat cəlb edir - 12,5 FAİZLİK GƏLİR TƏKLİFİ
14 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Ekspress-C" ASC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Marja Birjaya istinadən xəbər verir ki, faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 1000 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 12,5 %, tədavül müddəti 2 il, faizlərin ödəniş müddəti 2 aydan birdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Xəbər verdiyimiz kimi, metal məmulatlarının istehsalı ilə məşğul olan “EKSPRESS-C” ASC hər birinin nominal dəyəri 1000 manat olan 4 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar buraxıb. Şirkət investorlardan 4 milyon manat cəlb etdmək niyyətindədir. Artıq Şirkətin 2 milyon manatlıq və 1 milyon itiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçirilib.
2 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında "Ekspress-C" ASC-nin tədavül müddəti 2 təqvim ili olan AZ2001023608 dövlət qeydiyyat nömrəli, 2 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərrac zamanı 3 investor tərəfindən 3 sifariş təqdim edilimişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 2 milyon manat təşkil etmişdir.
22 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında "Ekspress-C" ASC-nin tədavül müddəti 2 təqvim ili olan AZ2002023607 dövlət qeydiyyat nömrəli, 1 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərrac zamanı 4 investor tərəfindən 4 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi də 1 miyon manat təşkil etmişdir.
İstiqraz təklifinin səbəbi istehsal həcminin artırılması ilə mənfəətin əldə edilməsidir. Məlum olduğu kimi qeyri neft sektorunun inkişafı prioritet istiqamətlərdən biridir. Bu məqsədlə ixracyönümlü məhsulların hazırlanması, habelə daxili bazarda tələbin qarşılanması məqsədi ilə şirkət öz fəaliyyətini genişləndirmək məqsədini daşıyır.
“EKSPRESS-C” ASC 2020-ci ili 30 min 641 manat xalis zərər ilə başa vurub. Halbuki, şirkət 2019-cu ili 56 min 712 manat xalis mənfəət ilə bağlamışdı. Şirkət 2021-ci ilin 10 ayını isə 85 min 76 manat xalis mənfəət ilə yekunlaşdırıb.
2020-ci ilin sonunda “EKSPRESS-C” ASC-nin cəmi aktivləri 1 milyon 145 min 693 manat, cəmi öhdəlikləri 1 milyon 84 min 531 manat, cəmi kapitalı isə 61 min 162 manat təşkil edib.
Maliyyə vəsaiti cəlb etmək üçün yenidən təşkil olunmuş və 2021-ci ildən etibarən Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərən “EKSPRESS-C” ASC-nin nizamnamə kapitalının 96.22 %-i İsmayılov Camaləddin Nurəddin oğluna, 3.78%-i Hüseynov Ömər Sahib oğluna məxsusdur.
“EKSPRESS-C” ASC-nin nizamnamə kapitalı yenidən təşkil nəticəsində 8 milyon 354 min 900 manat məbləğinə çatdırılıb.
“Ekspress-C” ASC-nin zavodu Qobustan rayonu, Navahi qəsəbəsində yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
20 d. əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
44 d. əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
1 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
Ən çox oxunanlar
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib







.jpg)












.jpg)

