“Hotelçilik sahəsində müəyyən çatışmazlıqlar var”
"Hazırda Azərbaycanda hotelçilik sahəsində, xüsusilə də xidmət sferasında müəyyən çatışmazlıqlar var".
Bunu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev bildirib.
Bununla belə, onun sözlərinə görə, hotellərdə xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində kifayət qədər irəliləyiş və inkişaf da müşahidə olunur: "Ulduz dərəcələrinin hotellərin real olaraq təklif etdikləri xidmətlərə uyğunlaşdırılması məqsədi ilə müəyyən təşəbbüslər həyata keçirmişik", - deyə o, qeyd edib.
“Məlumdur ki, dövlət səviyyəsi¬də hotelçiliyin inkişafına xüsusi diqqət ayrılır. Məhz ölkədə aparılan məqsəd¬yönlü siyasət nəticəsində yeni hotellərin açılması stimullaşdırılır, mühüm sosialiqtisadi infrastruktur layihələrinin icrası uğurla davam etdirilir. Ancaq turizmin inkişafını yalnız infrastrukturlarla bağlamaq olmaz. Turizm kompleks bir sahə olduğundan, bu sahənin inkişafı üçün də kompleks yanaşma mütləqdir. Başqa sözlə, infrast¬rukturla təklif edilən xidmətlər üst-üs¬tə düşməlidir. Xidmət səviyyəsinin keyfiyyəti hotellərin ulduz dərəcələri ilə birbaşa əlaqəlidir. Pandemiya dövründə hotelçilik də ağır bir sınaqdan keçdi", - deyə F.Nağıyev əlavə edib.
Onun sözlərinə görə, burada hotelçilik sahəsində fəaliyyət göstərən ictimai birlik və assosiasiyaların da xidmətləri böyükdür: "Azərbaycan Akkreditasiya Mərkəzi Azərbaycan Turizm Bürosuna uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya atestatı verdikdən sonra Büro Azərbaycan Hotel Assosiasiyası ilə birlikdə Milli Ulduz Təsnifatını işləyib hazırladı. Beləliklə, beynəlxalq standartlar və meyarlar əsas götürülərək, eləcə də yerli şərait nəzərə alınaraq hazırlanan milli ulduz sistemi əsasında hotellərin ilkin qiymətləndirilməsi aparıldı. Artıq ölkədə fəaliyyətdə olan 17 hotel bu sistemə uyğun qiymətləndirilərək ulduz dərəcəsini əldə edib. Bu prosesdə əsas məqam şəffaflığın təmin edilməsi idi.
Ulduzlaşma prosesinin uzun çəkməsinin əsas səbəblərindən biri də bununla bağlı idi. Məqsəd ölkənin turizm imicinin qorunması olduğu üçün bu sahədə dürüst yanaşma mütləqdir. Təəssüfə qeyd etməliyəm ki, ilkin qiymətləndirmələrə əsasən bir sıra hotellər hazırda malik olduqları şərait və təklif etdikləri xidmətlərin sayı və keyfiyyətinə görə iddia etdikləri ulduz dərəcəsini ala bilmədilər. Bunu nəzərə alaraq, Dövlət Turizm Agentliyi Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyasının iştirakı ilə hotellərə konsultativ dəstəyin göstərilməsini təmin edəcək”.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
6 d. əvvəl
ZEEKR brendinin satış mərkəzinin yeni binasının açılış mərasimi və 9X modelinin təqdimatı keçirilib
- 11 d. əvvəl
-
26 d. əvvəl
Milliön ilk dəfə ödəniş terminallarında şəxsi kabinet təqdim edir - DAHA SÜRƏTLİ ÖDƏNİŞ
-
1 saat əvvəl
Asiya İnkişaf Bankı, Unicapital və ABB Invest beynəlxalq forumda iştirak ediblər
-
1 saat əvvəl
“Biz hədəfləmişik ki 2029-cu ilin sonunda 1 milyard manatlıq bank olaq”
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank sədri: “Aqro kreditlər üzrə yeni məhsullar təqdim edəcəyik”.
-
2 saat əvvəl
Çünki sən belə sevirsən… Baku Electronics sevənləri anlayır!
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Milliön ilk dəfə ödəniş terminallarında şəxsi kabinet təqdim edir - DAHA SÜRƏTLİ ÖDƏNİŞ
Bank sədri: “Aqro kreditlər üzrə yeni məhsullar təqdim edəcəyik”.
Ən çox oxunanlar
Çünki sən belə sevirsən… Baku Electronics sevənləri anlayır!
Banklarda Agile niyə işləmir?
Azərbaycan neftinin son qiyməti
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə direktor təyin edilib
"Bank Avrasiya"nın adı Şikayət indeksində 1-ci yerdədir
Rəsmi məzənnələr açıqlandı

























