Cəlilabaddan Rusiya bazarlarına ixrac olunur
Bir neçə gündür Cəlilabad rayonunda açıq sahələrdə yetişdirilən yazlıq kartof məhsulunun yığımına başlanıb.
Yetişdirilən kartofun məhsuldarlığı ötən illə müqayisədə aşağı olsa da, qiymətlərin stabil qalması fermerlərin ürəyincədir. Əsasən Rusiya bazarlarına ixrac olunan kartofun bir kiloqramı 80 qəpiyə satılır.
Məhsul istehsalçıları yetişdirdikləri məhsulu elə sahələrdə iş adamlarına satırlar. Bu, onları əlavə xərclərdən azad edir.
Əslində kartofun yüksək məhsuldarlıq dövrü iyun ayında olsa da, Rusiya bazarlarında bu məhsula tələbatın çox olması kartofun daha tez yığılmasına marağı artırıb. Bir hektar sahədən orta hesabla 18 ton məhsul yığılır.
Qeyd edək ki, Cəlilabadda yetişdirilmiş kartof məhsulunun qəbulu yenicə yaradılmış dövlət tədarük məntəqələrinin regional bölmələrində də həyata keçiriləcək.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 7 d. əvvəl
- 42 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Zirə Gülçülük” şirkətinin gəliri və xalis mənfəəti azalıb
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"























