“Büdcə sistemi haqqında” qanuna dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub

“Büdcə sistemi haqqında” qanuna dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub
Dekabrın 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Komitə sədri Tahir Mirkişili iclası açaraq gündəliyə 6 məsələnin daxil edildiyini bildirib.
Gündəliyin təsdiqindən sonra komitə sədri “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim edib. Bildirib ki, ikinci oxunuşda olan qanun layihəsində DTX tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlət büdcəsinə ödənilən vəsaitlərin 5 faizinin bu qurumun əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə sərf edilməsi nəzərdə tutulub.
Sonra layihə baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Gündəliyin Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında və “Gömrük tarifi haqqında” Qanunda dəyişikliklər edilməsi haqqında birinci oxunuşda olan qanun layihələri ilə bağlı bildirilib ki, bu sənədlər işğaldan azad edilmiş ərazilərin minalardan və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi çərçivəsində istifadə olunan avadanlıqların idxalının 5 il müddətinə ƏDV-dən və gömrük rüsumlarından azad edilməsi məqsədilə hazırlanıb.
Hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Deputatlar uyğunlaşdırma xarakteri daşıyan “Pasportlar haqqında”, “Dövlət qulluğu haqqında”, “Diplomatik xidmət haqqında” qanunlarda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini də Milli Məclisin plenar iclasına tövsiyə etdikdən sonra kifayət qədər əhatəli dəyişiklikləri üzündə ehtiva edən iki qanun layihəsinin müzakirəsinə keçiblər.
Komitə sədri bildirib ki, “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Dövlət borcu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin birinci oxunuşda səmərəli müzakirəsi üçün qonaqlar dəvət olunub.
Qanun layihələri haqqında məlumat verən maliyyə naziri Samir Şərifov dəyişikliklərin bir neçə istiqaməti əhatə etməsindən danışaraq əsas vacib amil kimi büdcə qaydasını vurğulayıb.
O bildirib ki, layihədə 2020-ci ildə pandemiya ilə əlaqədar qanunla icrası 2022-ci ilə qədər dayandırılan büdcə qaydasının tətbiqinin bərpası nəzərdə tutulmaqla büdcə qaydasının yeni təkmilləşdirilmiş variantı təklif olunub.
Bununla əlaqədar “Büdcə sistemi haqqında” Qanunda olan anlayışlara, deputatlar, o cümlədən Hesablama Palatası tərəfindən qaldırılan bir sıra məsələlərə də yenidən baxılıb, sənəd yeni redaktədə dəqiqləşdirilib.
“Büdcə sistemi haqqında” Qanunda edilən dəyişikliklərə uyğun olaraq “Dövlət borcu haqqında” Qanuna da dəyişikliklər təklif olunur. Burada, əsasən dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu ilə bağlı məsələlər öz əksini tapıb.
Maliyyə naziri deputatlara məlumat verib ki, millət vəkillərinin də tövsiyələrinə uyğun olaraq Büdcə Məcəlləsinin hazırlanması üzərində iş gedir və bu, müəyyən vaxt aparacaq. Hazırda isə Vətən müharibəsində qazanılan Zəfərin yaratdığı reallıqlar və müasir dövrün çağırışları kontekstində, o cümlədən mövcud qanunvericiliyə uyğun təklif olunan bu dəyişikliklərin qəbulu aktualdır.
Maliyyə nazirinin ümumi məlumatından sonra nazirliyin Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Mərkəzi rəhbərinin müavini Rəşad Həsənov sənədlərlə bağlı ətraflı təqdimatla çıxış edib. Rəşad Həsənov büdcə qaydasının beynəlxalq təcrübədə və Azərbaycanda tətbiqini detallı təhlil edərək müzakirəyə təqdim edilmiş təkmilləşdirilmiş büdcə qaydasının əsas parametrləri, hədəfləri, üstünlükləri barədə danışıb. O, ortamüddətli dövr üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə və dövlət borcunun ÜDM-ə nisbət göstəriciləri, ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədləri, həmçinin təklif olunan qanun dəyişikliklərinin qəbulundan sonra atılacaq növbəti addımlar haqqında məlumat verib.
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova çıxışında dəyişiklikdə nəzərdə tutulan dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim olunan sənədlərin dairəsinin dəqiqləşdirilməsi haqqında danışıb, dövlət investisiya proqramının layihələr üzrə bölgüsünün aparılması və icrası prosesi barədə məlumat verib.
Qanun layihələri ilə bağlı komitənin sədri Tahir Mirkişili, komitə sədrinin müavini Əli Məsimli, komitə üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Vüqar Bayramov, Aydın Hüseynov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış ediblər. Çıxış edənlər Büdcə Məcəlləsinin qəbulunun vacibliyini vurğulayıblar, müzakirə edilən sənədlərlə bağlı Hesablama Palatasının rəyi haqqında hökumətin mövqeyi ilə, dövlət borcunun idarə edilməsi istiqamətində atılacaq addımlarla maraqlanıblar, sənədlərlə bağlı fikirlərini açıqlayıblar.
Maliyyə naziri Samir Şərifov və iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova qaldırılan məsələlərə aydınlıq gətiriblər və səslənən sualları cavablandırıblar.
Müzakirələrin sonunda “Büdcə sistemi haqqında” və “Dövlət borcu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunublar.
İclasda deputatlar Mahir Abbaszadə, Elnur Allahverdiyev, Məzahir Əfəndiyev, Rüfət Quliyev, Anar Məmmədov, İqbal Məmmədov, Məşhur Məmmədov, Ağalar Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
