17 min manat fondu olan layihənin qalibləri müəyyən edilib
“from Start to Smart” layihəsinin bağlanış mərasimi həyata keçirilibAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Mühəndislər Birliyinin tərəfdaşlığı, “Global Water Challenge” və “Coca-cola” Fondunun nəzdində fəaliyyət göstərən “New World” Proqramının maliyyə dəstəyi və “Youth Inc.” Sahibkarlıq Proqramı və Biznes İnkubasiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “from Start to Smart” layihəsinin bağlanış mərasimi həyata keçdi.
“from Start to Smart” - gənclər və qadınlar arasında kiçik və orta biznesin, startapların inkişafına yönəlməklə yanaşı, su ilə bağlı problemlərin innovativ həllini prioritet götürən sahibkarlığa dəstək layihəsidir. Gənclər və qadınlar arasında sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, Azərbaycanda su ehtiyatlarının düzgün idarə olunmasının vacibliyinin çatdırılması, regionlarda su problemlərinə innovativ həll yollarının tapılması və yeni iş imkanlarının yaradılması layihənin məqsədlərini təşkil edir.
2021-ci ilin aprel ayında start götürən bu layihə 4 mərhələni; İdeya generasiyası, Pre-İnkubasiya, İnkubasiya və Final mərhələlərini əhatə etmişdir. İdeaların irəli sürüldüyü Pre-İnkubasiya mərhələsində 17, İnkubasiya mərhələsində isə 10 komanda iştirak etmişdir. Ümumilikdə 4 mərhələdən ibarət olan layihə ölkəmizin Bakı, Abşeron-Qobustan, Gəncə-Qazax və Şəki-Zaqatala bölgələrindən olan gəncləri özündə birləşdirib. Bakı üzrə 32.1%,Lənkəran üzrə 15.5%,Gəncə üzrə 13.5%, Abşeron-Qobustan üzrə 5.9%,Sabirabad üzrə 8.3%,Şəki-Zaqatala üzrə 11.3%,digər bölgələrdən isə 13.4% nəfər müraciət etmişdir. Müraciətlərin ümumi gender nisbəti 62.1% qadınlar, 37.9% isə kişilər təşkil etmişdir.
17 000 AZN dəyərində investisiya fondu ayrılan “from Start to Smart” layihəsinin qaliblərinin müəyyən edildiyi bağlanış mərasiminin açılışı “Youth Inc.” Sahibkarlıq Proqramı və Biznes İnkubasiya Mərkəzinin meneceri Talifa İsgəndərlinin nitqi ilə olub.
Mərasimin davamında, video bağlantı şəklində tədbirə qatılan, “New World” proqramının meneceri Chuck Chakovitz, “Coca-Cola” Azərbaycan üzrə menecer Elşad Fərzəliyev, Azərbaycan Respublikasının Milli Məcilisinin Deputatı Şahin Seyidzad öz diləklərini bildiriblər.
Davamında, komandalar Azərbaycandakı su problemlərinin innovativ həllərinə istiqamətlənən layihələrini təqdim ediblər. Təqdim edilən layihələr arasında, Azərbaycan Mühəndislər Birliyinin sədr müavini Əkbər Cəlilov, “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İntitutunda Direktor müavini Elnur Nəsirov, PAŞA Technology şirkətində Layihə İdarəetməsi Departamentin müdiri Emil Həsənov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Ehtiyatlarının idarə edilməsi şöbəsinin sektor müdiri Fəridə Ələkbərova,Amerika Mexanika Mühəndislər Birliyinin İngiltərə region üzrə sədri Günel Ağabəyli, Ex Kapital Bank Product owner Orxan Abbasov və “Youth Inc.” Sahibkarlıq Proqramı və Biznes İnkunasiya Mərkəzinin Meneceri Talifa İsgəndərlinin münsiflik etdiyi münsiflər heyətinin qərarına əsasən, 1-ci yer “WaWave” (8500 AZN), 2-ci yer “WaterSavers” (5100 AZN) 3-cü yer “CaspiNet” (3400 AZN) komandaları olub.
Mərasimin sonunda, qonaqlar üçün Mingəçevir Su anbarından xüsusilə gətirilmiş sular təqdim olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 8 saat əvvəl
-
-
8 saat əvvəl
“AS İnşaat” MMC-nin inşa etdiyi Ağalı kəndi “Euronews”un diqqət mərkəzində
- 9 saat əvvəl
-
9 saat əvvəl
ABB-nin yeni istiqrazlarının faizləri məlum oldu - 10 MİLYON MANAT CƏLB EDİR
-
10 saat əvvəl
Səudiyyə Ərəbistanı Hörmüzə alternativ olaraq Qırmızı dənizi qiymətləndirir
- 10 saat əvvəl
-
10 saat əvvəl
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib - YENİ 7 ÜZV
-
10 saat əvvəl
Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb
-
10 saat əvvəl
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
-
11 saat əvvəl
Neftin qiyməti son 1,5 ilin ən yüksək səviyyəsində - 9 %-DƏN ÇOX BAHALAŞDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Lizinq şirkətinə illik 15%-lə 1 milyon manat pul lazımdır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
PAŞA Bankdan rəqəmsal depozitdə bayram təklifləri!
Mərkəzi Bank: “Fizza Pay”ın vəzifəli şəxsi məsuliyyətə cəlb olunub
Məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM
"Rusiya qazından asılılığımızı azaltdığımız dövrdə Azərbaycanla tərəfdaşlığımızın vacibliyi yalnız artacaq"























