"Bura çox gözəl turizm zonasıdır, istirahət zonaları, otellər yaradılacaq"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanış olublar.
Marja xəbər verir ki, 2020-ci ildən etibarən Qonaqkənd qəsəbəsində kompleks abadlıq və quruculuq işləri həyata keçirilib. Qəsəbədə ümummilli lider Heydər Əliyevin abidəsinin ətrafında yeni park salınıb. Həmçinin qəsəbə Mədəniyyət Evinin istifadəyə yararsız, qəzalı vəziyyətdə olan binası sökülərək əvəzində yenisi tikilib.
Dövlətimizin başçısı, birinci xanım və qızları Mədəniyyət Evi ilə tanışlıqdan sonra qəsəbə sakinləri ilə görüşüblər.
Prezident İlham Əliyev: Mən ilk dəfədir Qonaqkənddəyəm. Amma bu kənd haqqında çox eşitmişəm və bilirəm ki, bu kəndin Azərbaycan tarixində çox böyük yeri var, tarixi yerdir, tarixi yaşayış məskənidir. Bilirəm ki, Qonaqkənd camaatı həmişə zəhmətkeş olub, həmişə mərd olub, həmişə Azərbaycan dövlətçiliyinin keşiyində durub. Onu da bilirəm ki, bu kəndin əsas problemi yol problemi idi. Doğrudan da bu yolun çəkilməsi hesab edirəm ki, tarixi hadisə sayıla bilər. Quba rayonunda əhəmiyyət baxımından bir Xınalıq yoludur, bir də Qonaqkənd yolu idi. Xınalıq yolu da keçilməz bir yol idi, oraya da gedib çatmaq üçün saatlarla vaxt lazım idi və qış aylarında, ümumiyyətlə, təcrid vəziyyətində idi. Qonaqkənd də, həmçinin. Vahid müəllim də, Quba ictimaiyyəti də dəfələrlə bu məsələni qaldırmışdı. Nəhayət biz buna nail olduq. İndi Qubadan buraya təxminən yarım saata gəlmişəm. Düzdür, mən gələndə yollar açıq olur, amma hər halda 40-45 dəqiqəyə gəlmək olar.
Sakin: Biz əvvəllər iki saata gəlirdik.
Prezident İlham Əliyev: Əvvəllər iki saata. Əlbəttə, kəndin xəstəsi, yaşlısı var, kəndə gəlmək, getmək, burada istehsal olunan məhsulları bazarlara çatdırmaq çətin idi. Ona görə bu yolun çox böyük əhəmiyyəti var. Bir də ki, kəndə qaz da çəkilib, artıq iki ildir ki, qaz verilir. İşıq da var, su da var.
Sakin: Artıq camaat qayıdır, cənab Prezident. Artıq evlər tikirlər burada, Bakıda yaşayanlar qayıdırlar.
Prezident İlham Əliyev: Bəli, buraya gələrkən yol boyunca gördüm, kəndlərdə yeni evlər tikilir. Bura çox gözəl turizm zonasıdır. Bu yol olmadığı üçün buraya turist də gəlmirdi. Əminəm ki, indi bu gözəl mənzərəli yerlərdə çox gözəl istirahət zonaları, otellər, ictimai yerlər yaradılacaq. Yəni, Qubanın bu hissəsi canlanacaq. Buna şübhəm yoxdur.
Sakin: İndi iş yerləri də açılır. İndi dirçəliş var. Sağ olun, var olun.
Prezident İlham Əliyev: Yol olandan sonra işlər də düzələcək. Çünki burada indi camaatın əsas dolanışığı maldarlıqdır. Havası da təmizdir və sərindir.
Sakin: Siz gələndə yəqin ki, gördünüz. Yol boyunca turizm obyektləri tikilir.
Prezident İlham Əliyev: Bəli, fikir vermişəm.
Sakin: Bunlar bir ildə əmələ gəlib.
Prezident İlham Əliyev: Çox adam gələcək, turistlər gələcək. O ki qaldı, Qarabağ müharibəsinə, bu, bizim hamımızın Qələbəsidir. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə, öz işi ilə o müqəddəs günü yaxınlaşdırırdı. Biz bütün işğal dövründə Qarabağı ürəyimizdə saxlamışdıq və Qarabağı görməyən gənc nəsil yetişdi. Onlar Qarabağı canı-qanı bahasına azad etdilər. Tarixi ədaləti bərpa etdik, xalqımızın ləyaqətini bərpa etdik. İndi isə artıq yeni dövr başlayır.
Həmçinin oxu
Quba-Qonaqkənd avtomobil yolu açıldıMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 5 saat sonra
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 8 saat əvvəl
-
8 saat əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
8 saat əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
9 saat əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
-
9 saat əvvəl
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
-
9 saat əvvəl
PAŞA Bank “Nargis” Fondunun Qurban bayramı xeyriyyə aksiyasını dəstəkləyib
-
9 saat əvvəl
Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Ən çox oxunanlar
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ






.jpg)














