Oktyabrda Azərbaycanda gündəlik xam neft hasilatı 585,9 min barel olub
Azərbaycan oktyabrda OPEC+ sazişi üzrə öhdəliklərini artıqlaması ilə yerinə yetirib.2021-ci ilin oktyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 704,4 min barrel olub. Bunun 585,9 min barrelini xam neft, 118,5 min barrelini isə kondensat təşkil edib.
Bu barədə Marja-ya Energetika Nazirliyindən bildirilib.
Qeyd edilib ki, “OPEC plus” ölkələri nazirlərinin 20-ci iclasında qəbul edilmiş qərar oktyabr ayında Azərbaycanda gündəlik xam neft hasilatının 640 min barrelə çatdırılmasını və ixtisarla bağlı öhdəliyin 78 min barrel həcmində olmasını nəzərdə tuturdu.
Nazirlərin 21-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində isə Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyi noyabrda gündəlik 71 min barrel təşkil edir. Bu isə ölkəmizdə xam neftin ötən ayla müqayisədə noyabrda gündəlik olaraq 7 min barrel çox, yəni 647 min barrel istehsalına imkan yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















