“Xurcun Chain of Boutiques” təbii və qlütensiz məhsulların çeşidini yenilədi və genişləndirdi – FOTO – VİDEO
Bakıda müəyyən təbii məhsulları eksklüziv olaraq məhz bu butiklər şəbəkəsində əldə etmək olar(®) Yüksək keyfiyyəli milli brend olan «Xurcun Chain of Boutiques» butiklər şəbəkəsində təqdim olunan təbii və qlütensiz məhsulların çeşidini yeniləyərək daha da genişləndirib.
Təsisçi Vugar Maharramov 2015-ci ildə "Xurcun Chain of Boutiques"i yaradan zaman brendin fəlsəfəsini üç əsas komponentdən – yüksək keyfiyyət, əla dad və təbii məhsullardan təşkil edib.
Açıldığı ilk gündən "Xurcun Chain of Boutiques"də təqdim olunan bütün məhsulların çeşidləri son dərəcə geniş və inanılmaz dadlıdır. Xüsusi olaraq vurğulayaq ki, Bakıda müəyyən təbii məhsulları eksklüziv olaraq məhz bu butiklər şəbəkəsində əldə etmək olar. Buradakı bütün məhsullar hər zaman dadlı, təbii və yüksək keyfiyyətlidir. Bütün sadalananlar bu şəbəkənin "Keyfiyyətə vurğunuq" şüarını sözün əsl mənasında əsaslandırır və təsdiqləyir.
Təbii məhsullar – insan sağlamlığı üçün zəruri olan vitaminləri, zülalları, karbohidratları və mineral duzları almaqla yanaşı, orqanizmi müasir qida məhsullarının tərkibində olan zərərli komponentlərdən qorumağın yeganə yoludur.
Oqranik məhsullar orqanizmi lazımi vitaminlərlə təmin edərək, immun sistemini qoruyur, ətraf mühitin zərərli maddələrinə qarşı müqaviməti artırır, həmçinin faydalı və dadlıdır. Bütün bunlarla yanaşı, təbii məhsullar insana yüksək əhval-ruhiyyə və mükəmməl sağlamlıq da bəxş edir.
Bütün bu faktları, eləcə də alıcıların təbii məhsullara olan böyük marağını nəzərə alaraq, "Xurcun Chain of Boutiques" butiklər şəbəkəsində təqdim olunan təbii və qlütensiz məhsulların çeşidini yeniləyərək daha da genişləndirdi.
Sizləri həmin məhsulların bəziləri ilə tanış edirik:
Matça tozu – yaşıl çaydan üçqat zəngin antioksidantlara malikdir. Vacib üstünlüklərindən biri – tərkibində yüksək miqdarda kofein olmasıdır. Matça tozunun tərkibində əlavə olaraq L-theanine adlı maddə də vardır ki, bu da kofeinin bədəndə daha yavaş və balanslı sorulmasını təmin edir.
Təbii kakao yağı – zəngin tərkibə malik olmaqla yanaşı, tərkibindəki doymuş və doymamış yağlarla həm qida cəhətdən, həm də dəriyə qulluq baxımından effektiv bəsləyici qidadır. Qida olaraq qəbul edildikdə bədəndəki sistemlərin normal fəaliyyətinə imkan yaradır.
Asai tozu – əsas üstünlüyü fenol maddələr, vitaminlər və minerallardan ibarətdir. Həmçinin kalsium və dəmirlə zəngin olan asai tozu, oqranizmə lazım olan əsas mineralların gündəlik təmin edilməsinə kömək edir. Eləcə də, asai tozu mis, manqan, maqnezium və sink kimi qiymətli minerallarla da zəngindir.
Hind qozu şəkəri – ağ şəkərlə müqayisədə daha aşağı qlisemik indeksinə malik təhlükəsiz dadlandırıcı olması ilə fərqlənir. Bu baxımdan, qəbul edildiyi zaman oqranizmdəki şəkər səviyyəsini artırmaq əvəzinə, daha balanslı bir udma təmin edir. Həmçinin, meyvə bəkməzindən alındığı üçün tərkibində hind qozunun zəngin komponentləri də mövcuddur.
Qara çia toxumu – təmin etdiyi faydalar səbəbindən çəki atmağa kömək etdiyi üçün pəhriz və ya dieta zamanı geniş istifadə edilir. Vegeterian pəhriz zamanı ət məhsullarını əvəz etdiyi üçün güclü alternativdir.
Ağ kinoa toxumu – tərkibində insan bədəninə lazım olan, lakin orqanizmin özünün sintez edə bilmədiyi doqquz fərqli amin turşusu var. Bədəndə həzm olunma cəhətdən eyni xüsusiyyətə malik ət məhsulları ilə müqayisədə daha sürətli həzm olunur. Bütün bunlarla yanaşı, tərkibində xolestrol yoxdur.
Qlütensiz yulaf – qlütensiz və liflə zəngin olduğu üçün həm həzm sisteminin normal fəaliyyətinə kömək edir, həm də uzun müddət toxluq hissi verir. Pəhriz zamanı qanda şəkərin səviyyəsinin kəskin dəyişməsinin qarşısını alır. Yulaf əzməsi orqanizmin ehtiyac duyduğu faydalı komponentləri daha səmərəli qarşılamağa kömək edir.
Badam unu – 21% zülal tərkibli badam, zəngin vitamin, mineral və faydalı yağ turşularının mənbəyidir. Bu qida zəngin tərkibinə görə müxtəlif çeşidli qidalanma rejimləri üçün ən ideal təbii məhsullar arasında xüsusi yer tutur.
Bu, "Xurcun Chain of Boutiques"də təqdim olunan yenilənmiş və genişləndirilmiş təbii və qlütensiz məhsullar çeşidinin yalnız kiçik bir hissəsidir. Satıçı-məsləhətçilər istənilən məhsul və onun faydalı xüsusiyyətləri barədə ətraflı məlumat verməkdən hər zaman məmnundurlar.
Xatırladaq ki, "Xurcun Chain of Boutiques" Azərbaycanın Vətən Müharibəsində Qələbəsinə həsr olunmuş xüsusi hədiyyə qutuları da buraxıb. Hədiyyə qutularının hər biri nəfis dizaynı ilə yanaşı, həmçinin Azərbaycanın 44 günlük müharibə zamanı qazandığı tarixi qələbəsindən də bəhs edilir.
"Xurcun Chain of Boutiques" Vətən Müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun Ermənistanın uzunmüddətli işğalına son qoyaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi nəticəsində əldə etdiyi şanlı Qələbənin birinci ildönümünü münasibətilə Azərbaycan xalqını təbrik edir. Həmçinin brend tərəfindən xüsusi olaraq bu əlamətdar tarixə həsr olunmuş təbrik videosu da hazırlanıb.
Rəsmi sayt - https://www.xurcun.az/
Online mağaza - https://xurcun.shop/
"Xurcun Chain of Boutiques" sosial şəbəkələrdə:
Facebook - https://www.facebook.com/xurcun
Instagram - https://www.instagram.com/xurcun/
Ələqə nömrələri: (+99477) 717-00-70; (+99450) 212-13-11 (korporativ sifarişlər üçün).
Elektron poçt ünvanı - [email protected]
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 15 saat əvvəl
-
15 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
16 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 16 saat əvvəl
-
16 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 17 saat əvvəl
-
17 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 17 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var


















