OPEC+ təzyiqlərə baxmayaraq neft istehsalının artırıması sürətini dəyişdirmədi
OPEC + (OPEC plus) ölkələri nazirlərinin bu gün baş tutmuş 22-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barrel artırılması üzrə nazirlərin iyul iclasında qəbul edilmiş qərarın qüvvədə qalmasına dair razılıq əldə edilib.
ABŞ Prezidenti Co Baydeninin (Joe Biden) neft istehsalının daha çox artırılması tələbinə baxmayaraq, OPEC+ kartelinə üzv olan ölkələrin nazirləri neft hailatının artırılmasını planlaşdırıldığı kimi gündəlik 400 min bareldə saxladı. Avqust ayından bəri OPEC+ neft hasilatını ayda 400 min barel artırır.
Marja xəbər verir ki, OPEC+ nazirlərinin bugün keçirilən iclasında azaldılmış hasilatın dekabrda da 400 min barel bərpa edilməsi təsdiqlənib.
Avqust, sentyabr, oktyabr və noyabrda da istehsal gündəlik 400 min barel artırılmışdı.
OPEC+ ölkələrinin neft hasilatını cəmi azaltmaları oktyabr ayında gündəlik 4,559 milyon barel olub, noyabrda 4,159 milyon barel təşkil edəcək. Dekabrda hasilatın azaldılması isə 3,759 milyin barel olacaq.
Böyük istehlakçılar (neft idxal edən ölkələr), bu miqdarın (azaldılmış hasilatın 400 min barel bərpa edilməsinin) Covid pandemiyasından sonra iqtisadi bərpa dövrü üçün çox az olduğu fikirindədir. ABŞ Prezidenti Joe Biden artan neft qiymətlərinin düşməsi üçün OPEC-in istehsalı artırmasını tələb etmişdi. Əks halda OPEC+a qarşı cavab tədbirləri görüləcəyi bildirilmişdi.
Qərardan sonra ABŞ-ın neft qiymətlərini aşağı salmaq üçün "təcili vəziyyət üçün neft anbarlarındakı ehtiyatlarını" istifadə edə biləcəyi ehtimal edilir.
Yüksək enerji qiymətlərilə mübarizə edən qlobal iqtisadiyyat üçün gələcək həftələrdə Joe Bidenin atacağı addımlar əhəmiyyətli olacaq. Veriləcək qərar eyni zamanda ABŞ-ın Orta Şərqdəki ən böyük müttəfiqi olan Səudiyyə Ərəbistanı ilə əlaqəsini də zədələyə bilər.
OPEC+ son bir neçə aydır Nigeriya və Angola kimi bəzi üzv ölkələrdəki çətinliklər səbəbilə istehsal hədəflərinə çata bilməyib.
Noyabr toplantısı 2020-ci ilin may ayından etibarən keçirilən aylıq OPEC+ toplantılarından yalnız biridir. Hər dəfə nazirlər neft bazarındakı vəziyyətə əsasən növbəti qısa müddət üçün hasilatın həcmini razılaşdırırlar. Neft tədarükünün həcminin tənzimlənməsi bazara dərin böhrandan çıxmağa və neftin qiymətini rekord səviyyədən üç ilin maksimum səviyyəsinə qaldırmağa imkan verib.
Avqust ayından etibarən OPEC+ ölkələri 2022-ci ilin sentyabrına qədər iki il ərzində azaldılan bütün hasilat həcmini bazara qaytarmaq üçün hasilatı ayda 400 min barel artırmağa davam edir.
Müştərilərin xəbərləri

"Yango Group” Dubaydan Azərbaycan bazarına 100 milyon dollar investisiya yatırıb və qlobal səviyyədə təcrübəsini genişləndirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
10 d. əvvəl
Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır
-
-
13 d. əvvəl
Bakcell 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı
- 20 d. əvvəl
- 29 d. əvvəl
-
35 d. əvvəl
Azər Türk Bank müştərilər üçün sərfəli kredit kampaniyasını davam etdirir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 12 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

ABŞ hökuməti fəaliyyətini dayandırdı

Rəsmi məzənnələr açıqlandı

"Yango Group” Dubaydan Azərbaycan bazarına 100 milyon dollar investisiya yatırıb və qlobal səviyyədə təcrübəsini genişləndirib
Ən çox oxunanlar

Müəllimlər üçün KOMİSSİYASIZ KREDİT

Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır

Exxon Mobil dünya üzrə təxminən 2 min nəfəri işdən çıxaracaq

Türkiyənin geyim markasının Azərbaycanda 8-ci mağazası açılıb

SOCAR : "Biz "təmiz enerji" şirkətinə çevrilmək istəyirik"
